25 Iyun 2019 16:07
460
SİYASƏT
A- A+

Səməd Seyidov: Etnik təmizləmə aparan, monoetnik ölkə demokratiyadan danışa bilməz


Bu gün həqiqətən də dialoqa, qarşılıqlı anlaşmaya ehtiyac var. Başa düşmək lazımdır ki, kommunikasiyasız Avropada, bu təşkilatın nəzdində və dünyada dostluq mühiti yaratmaq mümkün olmayacaq. Nifrətlə, etimad və hörmət olmadan, dəfələrlə bu zalda gördüyümüz bəzi lüzumsuz davranışlarla dostluq mühiti yaratmaq mümkün deyil.

Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Səməd Seyidov qeyd edib ki, Azərbaycan dialoq, qarşılıqlı anlaşma sahəsində çox yaxşı bir nümunə ola bilər. Xalqlar, konfessiyalar arasında dialoqun təşkil olunması sahəsində zəngin təcrübəmiz var. Nümayəndə heyətinin rəhbəri bu yaxınlarda 10 illiyi qeyd edilən "Bakı Prosesi”nin əhəmiyyətini qeyd edib, onun dialoq sahəsində çox yaxşı platforma olduğunu diqqətə çatdırıb.

Səməd Seyidov müxtəlif dinlərin nümayəndələrinin bir araya gəlib bu tədbirdə gələcək münasibətlərini müzakirə etdiklərini vurğulayaraq, Assambleyada da eyni yanaşmanı qəbul etməyin vacibliyinə toxunub: "Təəssüf ki, burada bəzi manevrlərin, çox təhlükəli çıxışların, saxta məlumatların, qeyri-real yanaşmaların şahidi oluruq. Bu təşkilatda belə davranışları dayandırmalıyıq. Bir az əvvəl qonşu ölkənin nümayəndəsi blokadadan, tədrisin əlçatmaz olmasından və digər amillərdən danışdı. Amma heç kim bu problemin yaranması məsələsinə toxunmadı. Bu problem Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı aparılan etnik təmizləmə nəticəsində yaranıb. Bu gün işğal altında olan ərazilərdə azərbaycanlılar və digər etnik qrupların nümayəndələri yoxdur. Bununla belə, hələ demokratiya yaratmaq istəyirlər, bu, qətiyyən mümkün deyil. Etnik təmizləmə, həqiqətlərin saxtalaşdırılması ilə deyil, müxtəliflik, dialoq, qarşılıqlı anlaşma sayəsində həqiqətə nail olmaq mümkündür”, - deyə Səməd Seyidov vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video