Alternative content

21:36 22 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mərkəzi Elmi Kitabxana yeni nəşrlərlə zənginləşir
Mərkəzi Elmi Kitabxana yeni nəşrlərlə zənginləşir
ANA SƏHİFƏ / Elm və texnika
16:04 25.06.2019

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına "100 yaşlı Azərbaycan” kitabı daxil olub.

Mətbu orqanın 100-cü ildönümünə həsr olunan kitabın redaktoru qəzetin Baş redaktoru, Milli Məclisin deputatı, Əməkdar jurnalist Bəxtiyar Sadıqovdur.

Buraxılış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan” qəzetinin kollektivinə təbriki ilə başlayır.

Nəşrin ön söz hissəsində Baş redaktor Bəxtiyar Sadıqovun Ceyhun Hacıbəyli, Üzeyir Hacıbəyli, Şəfi Bəy Rüstəmbəyli, Xəlil İbrahim ilə yola çıxan "Azərbaycan”ın keşməkeşli və şərəfli ömrünə həsr olunan "100 yaşlı "Azərbaycan” məqaləsi verilib.

Kitabda 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi fəaliyyətə başlamış qəzetin keçdiyi inkişaf yolu barədə maraqlı materiallar təqdim olunub. "Azərbaycanın "Azərbaycan”ı”, "Mətbuatımızın bayraqdarı – milli ideyanın baş qəzeti”, "Dövlətçilik və inkişaf tribunası”, "Tarixin ən qüdrətli Azərbaycanının salnaməçisi”, "Azərbaycanın tarixi – tarixin "Azərbaycan”ı, "Azərbaycan”dan və təlatümlərdən keçən ömürlər” bölmələrində ölkəmizin siyasi-tarixi, milli-ictimai mənzərəsinə ayna olan "Azərbaycan”a həsr olunmuş məqalələr dərc edilib.

Məqalələrdə qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə fəaliyyətini dayandıran "Azərbaycan” qəzeti yalnız respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra işıq üzü görür, varislik əlaqələrini bərpa edərək, tarixi ənənələrə sadiq qalmaqla yanaşı, fəaliyyətini müasir dövrün qəzetçilik prinsipləri əsasında qurur. "Azərbaycan” qəzeti fəaliyyətinin bütün mərhələlərində xalqın yeganə nicat yolunun onun yüksək təhsil almasında və maariflənməsində görüb, dövlətçilik, azərbaycançılıq ideyalarının ictimai düşüncədə möhkəm yer almasına çalışıb, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinə təbliğat dəstəyini heç zaman əsirgəməyib. "Azərbaycan”ın respublika həyatında cərəyan edən siyasi, iqtisadi, sosial, mədəni-humanitar prosesləri operativ, dürüst şəkildə milli mənafe prizmasından işıqlandırması bu gün onun ümumxalq qəzetinə çevrilməsini təmin edib, oxucuların böyük etimadını və inamını qazanmasına səbəb olub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM