Alternative content

23:17 14 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UNEC-də vahid tələbə kartı tətbiq olunacaq
UNEC-də vahid tələbə kartı tətbiq olunacaq
ANA SƏHİFƏ / Təhsil
15:58 25.06.2019

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Vahid tələbə kartı”nın təqdimatı keçirilib.

UNEC-dən bildirilib ki, tədbirdə çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov rəhbərlik etdiyi ali məktəbdə layihə ilə bağlı iki il öncədən hazırlıqlara başlanıldığını diqqətə çatdıraraq, UNEC-in Mərkəzi Bank tərəfindən pilot universitet kimi seçildiyi üçün bankın rəhbərliyinə təşəkkürünü bildirib. "Vahid tələbə kartı”nın üstünlüklərindən danışan Ə.Muradov bildirib ki, tələbələr eyni kartla təhsil müəssisəsinə və kitabxanaya giriş əldə etməklə yanaşı, təqaüdlərin alınmasında, nəqliyyatda, habelə ölkədaxili və xarici ticarət şəbəkələrində nağdsız ödənişlər apara biləcəklər.

Mərkəzi Bankın idarə heyəti sədrinin birinci müavini Alim Quliyev layihənin ilk dəfə məzunu olduğu Azərbaycan Dövlət İqtisad Universitetində tətbiqindən məmnunluğunu ifadə edərək, bu ali təhsil müəssisəsinin son illər innovativ layihələri ilə ölkənin aparıcı ali təhsil müəssisələrindən biri olduğunu vurğulayıb. Alim Quliyev Azərbaycan Prezidentinin 26 sentyabr tarixli Fərmanı ilə təsdiqlənən "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın strateji istiqamətləri və icra tədbirləri barədə danışıb. Bildirib ki, Dövlət Proqramı çərçivəsində təsdiqlənən tədbirlər planına əsasən, təhsil müəssisələrinin nağdsız ödənişə cəlb olunması prioritet istiqamətlərdən biri kimi seçilib. Alim Quliyev tələbələr arasında smart kartlardan istifadənin müasir ödəniş mədəniyyətinə malik yeni nəslin yetişməsinə və ölkədə rəqəmsal ödəniş mühitinin formalaşmasına dəstək olacağını vurğulayıb.

Sonra Mərkəzi Bankın strateji partnyoru, rəqəmsal ödənişlər sahəsində geniş təcrübəyə malik "Mastercard” şirkətinin regional direktoru Süleyman Sözeri vahid tələbə kartları haqqında təqdimatla çıxış edib. Şirkət rəsmisi qonşu dövlətlərin tətbiq etdiyi tələbə smart kartları və bu istiqamətdə beynəlxalq təcrübəni paylaşıb.

Təqdimatdan sonra təkliflər səsləndirilib və suallar cavablandırılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM