Alternative content

07:34 17 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü olub
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü olub
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:48 25.06.2019

İyunun 25-də Bakıda Azərbaycan Respublikası Hökuməti və Monteneqro Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclasının keçirilməsi nəzərdə tutulur. İclasdan əvvəl Birgə Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Monteneqro Respublikasının İqtisadiyyat naziri xanım Draqitsa Sekuliç arasında görüş olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, Bakı Biznes Mərkəzində keçirilən görüşdə Sahil Babayev Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətlərini qeyd edərək, eyni zamanda, Azərbaycanın xarici iqtisadi əlaqələrinin coğrafiyasının genişləndiyini vurğulayıb. O, Azərbaycanla Monteneqro arasında bütün sahələrdə ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində görülmüş işləri qeyd edib.

Xanım D.Sekuliç iki ölkənin siyasi, iqtisadi, mədəni, humanitar sahələr üzrə əməkdaşlıq müstəvisində həyata keçirilmiş konkret tədbirlərin uğurlu nəticələrini diqqətə çatdırıb.

Görüşdə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensiv xarakter aldığı, dostluq, əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf edərək, strateji tərəfdaşlığa çevrildiyi vurğulanıb. Əməkdaşlığın inkişafında iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyasının fəaliyyətinin önəmli rolu, komissiyanın Monteneqroda keçirilən ilk iclasının müsbət nəticələri qeyd edilib.

Bakıda keçiriləcək ikinci iclasın gələcək əməkdaşlığın daha da genişlənməsində mühüm rol oynayacağına əminlik ifadə olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM