Alternative content

11:21 16 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2030-cu il Gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi
2030-cu il Gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi
ANA SƏHİFƏ / SİYASƏT
15:46 25.06.2019

BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində "Dövlət xidmətlərinin gələcəyi: 2030-cu il Gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi” mövzusunda seminarın iyunun 25-də davamı olub.

AZƏRTAC xəbər verir ki, seminarda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə dövlət idarəetməsi sahəsində həyata keçirilən islahatlar, bu islahatların tərkib hissəsi olaraq "ASAN xidmət”in fəaliyyətə başlaması, habelə e-hökumət, İKT-nin və innovativ həllərin dövlət xidmətlərinin göstərilməsi prosesində tətbiqi barədə danışıb. O, "ASAN xidmət”in uğurlu fəaliyyəti nəticəsində BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görüldüyünü, Azərbaycanın bu brendinin Əfqanıstanda və Monteneqroda tətbiq olunduğunu qeyd edib, Özbəkistanla əməkdaşlığa başlanıldığını diqqətə çatdırıb.

Azad Cəfərli hazırda "ASAN xidmət”in 400-dən çox elektron xidmət göstərdiyini bildirib.

Əfqanıstanın "ASAN xidmət” idarəsinin baş direktoru Məhəmməd Çəmkənay Azərbaycanda "ASAN xidmət”in uğurlu fəaliyyətini qeyd edib, vətəndaşlara yüksək səviyyədə xidmət göstərildiyinin şahidi olduğunu diqqətə çatdırıb. O, Azərbaycanda olduğu kimi, Əfqanıstanda da "ASAN xidmət"in uğur qazanmasına çalışdıqlarını vurğulayıb. Məhəmməd Çəmkənay Əfqanıstanda "ASAN xidmət"in yaradılmasına dəstək verdiyi üçün Azərbaycana təşəkkür edib.

Yeni Zelandiyanın Vellinqton Viktoriya Universitetinin tədqiqatçısı Gisa Futai belə seminarların təşkilinin önəmli olduğunu deyib. Bildirib ki, bu cür müzakirələr hər bir ölkədə təhlükəsizlik və texnologiya sahəsinin inkişafına təkan verir. Qarşılıqlı əməkdaşlıq və səmərəli müzakirələr baxımından belə seminarların verdiyi töhfə böyükdür.

Seminar çərçivəsində keçirilən sessiyalarda "Hökumət üçün innovasiyalar”, "Dövlət xidmətlərini təkmilləşdirə bilən texnologiyalar və innovasiyalar”, "Ölkələrin dövlət idarəçiliyi, dövlət xidmətlərinin çatdırılması və qabaqcıl texnologiyaları üzrə təcrübələri” mövzularında çıxışlar olub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM