Alternative content

18:03 23 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Müdafiə naziri Silahlı Qüvvələr Günü ərəfəsində xidməti müşavirə keçirib
Müdafiə naziri Silahlı Qüvvələr Günü ərəfəsində xidməti müşavirə keçirib
ANA SƏHİFƏ / SİYASƏT
15:38 25.06.2019

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlərin də iştirakı ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Silahlı Qüvvələr Günü münasibətilə müşavirə iştirakçılarına təbriklərini çatdıran nazir Zakir Həsənov hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin imzaladığı Sərəncamın Ordumuzun bütün şəxsi heyəti tərəfindən dərin minnətdarlıq hissi və böyük ruh yüksəkliyi ilə qarşılandığını vurğulayıb. Nazir dövlətimizin bu sahədə gördüyü işlərin davamlı olacağından əminliyini ifadə edib.

General-polkovnik Zakir Həsənov qoşunların təmas xəttində əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılması, şəxsi heyətin sayıqlığının artırılması və təhlükəsizliyinin təmin edilməsi məsələlərinə xüsusi diqqət yetirilməsi barədə vəzifəli şəxslər qarşısında tapşırıq qoyub. Nazir, həmçinin hava şəraitini nəzərə alaraq şəxsi heyət arasında istilik və günvurma hallarının qarşısının alınması, onların sağlamlığına diqqətin artırılması və hərbi hissələrdə yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi barədə də göstəriş verib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM