Alternative content

11:57 18 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yerli səviyyədə xidmətlərin səmərəli göstərilməsinin təkmilləşdirilməsi: çağırışlar və innovativ yanaşmalar
Yerli səviyyədə xidmətlərin səmərəli göstərilməsinin təkmilləşdirilməsi: çağırışlar və innovativ yanaşmalar
ANA SƏHİFƏ / SİYASƏT
15:32 25.06.2019

BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində "Yerli səviyyədə xidmətlərin səmərəli göstərilməsinin təkmilləşdirilməsi: çağırışlar və innovativ yanaşmalar” mövzusunda sessiya təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbir Afrikanın Birləşmiş Şəhərlər və Yerli Hökumətlər Təşkilatının Afrika Yerli Hökumətlər Akademiyasının direktoru Nəcəf Zərrukun moderatorluğu ilə keçirilib.

İSESKO-nun Rabat ofisinin xarici əlaqələr və əməkdaşlıq üzrə idarəsinin direktoru Aycan Smaylova çıxış edərək Qazaxıstanda yaradılmış uğurlu elektron hökumət sisteminin təcrübəsi barədə məlumat verib. O, elektron hökumət çərçivəsində yaradılan portal vasitəsilə Qazaxıstan vətəndaşlarına bir çox dövlət xidmətlərinin rahat şəkildə göstərildiyini bildirib. Qeyd edib ki, Qazaxıstanın tətbiq etdiyi elektron hökumət sistemi Dünya İqtisadi Forumu və BMT-nin keçirdiyi bir çox sorğularda müsbət dəyərləndirilib və hətta ən uğurlu elektron hökumət sistemlərindən biri kimi mükafatlandırılıb.

Sessiyada Burkina Fasonun, Seneqalın, Uqandanın nümayəndələri də çıxış edərək ölkələrinin təcrübələri barədə danışıblar.

Çıxışlarda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında insan kapitalına sərmayə qoyulmasının önəmi qeyd edilib.

Həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində mövcud olan əsas problemlər araşdırılıb və innovativ transformasiya təşəbbüsləri ilə bağlı fikir mübadiləsi aparılıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM