25 Iyun 2019 15:28
411
SİYASƏT
A- A+

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi “ARMY-2019” sərgisində təmsil olunur


Moskvadakı "Patriot-Ekspo” Konqres-Sərgi Mərkəzində "ARMY-2019" V Beynəlxalq hərbi-texniki forumu keçirilir.

AZƏRTAC xəbər verir ki, iyunun 25-dən 30-dək davam edəcək foruma 120 ölkənin nümayəndə heyəti qatılıb. Azərbaycan forumda müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Müdafiə Sənayesi Nazirliyi tədbirdə öz stendini təqdim edir. Azərbaycan stendində sərgilənən 30 millimetrlik 2A42 topu və 7,62 millimetrlik "Yırtıcı” yarımavtomat snayper tüfəngi xaricdə keçirilən beynəlxalq sərgidə ilk dəfə təqdim olunur.

Azərbaycandan başqa daha 9 ölkənin, o cümlədən Türkiyə, Belarus, Hindistan, Qazaxıstan, Çin, Pakistan, Tailand, Cənubi Afrika Respublikasının milli stendləri nümayiş etdirilir. Rusiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumda 170-dən çox elmi-işgüzar tədbir nəzərdə tutulub.

Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin Rusiya dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkətlərin təmsilçiləri ilə görüşləri planlaşdırılır. Görüşlərdə hərbi-texniki sahədə əlaqələrin inkişafı və yeni layihələrin reallaşdırılması istiqamətində danışıqlar aparılacaq.

"ARMY-2019" forumu çərçivəsində təşkil olunmuş sərgi Rusiyanın digər regionlarında da nümayiş etdiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video