Alternative content

14:23 18 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İyunun 26-da ölkə ərazisində hava əsasən yağmursuz olacaq
İyunun 26-da ölkə ərazisində hava əsasən yağmursuz olacaq
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:24 25.06.2019

Azərbaycanda iyunun 26-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 30-35° isti təşkil edəcək.

Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Dəniz suyunun temperaturunun 23-24° isti ehtimalı var.

Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Dəniz suyunun temperaturunun 25-26° isti olacağı ehtimal edilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz. Lakin axşam saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 22-27° isti təşkil edəcək.

Gəncədə, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında

bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir saniyədə 15-20 metrədək güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 23-28° isti təşkil edəcək.

Mərkəzi Aran: Mingəçevir, Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-40° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 18-22° isti, gündüz 27-32° isti təşkil edəcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM