25 Iyun 2019 15:17
392
SİYASƏT
A- A+

Dövlət qulluqçularının düşüncə tərzinin dəyişdirilməsinə kömək edən strategiya, bilik və amillər


İyunun 25-də BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində 2030-cu il Gündəliyinin həyata keçirilməsi üçün dövlət qulluqçularının tam hazırlanması mövzusundakı seminarın sessiyalarından biri "Strateji inkişaf hədəflərinin həyata keçirilməsi üçün dövlət qulluqçularının düşüncə tərzinin dəyişdirilməsinə və potensialın artırılmasına kömək edən strategiya, bilik və amillər” mövzusuna həsr edilib.

AZƏRTAC xəbər verir ki, sessiyanın moderatoru Birləşmiş Biznes İnstitutlarının dekanı professor Munira Aminova mövzunun aktuallığı barədə danışıb.

BMT-nin İctimai əlaqələr komitəsinin eksperti Lamiya Mobayed təmsil etdiyi beynəlxalq təşkilatın mövzu ilə bağlı həyata keçirdiyi layihələr barədə məlumat verib. O qeyd edib ki, dövlət qurumlarının qüsursuz fəaliyyət göstərməsi üçün əməkdaşlıq və inklüziv fəaliyyət önəmlidir.

BMT-nin proqram rəhbəri Adriana Alberti vurğulayıb ki, dövlət qurumları ilə cəmiyyət əməkdaşlıq şəraitində çalışmalıdır.

Beynəlxalq ekspert Stefan Mergenhaler bildirib ki, son dövrlərdə yeni texnologiya sayəsində dövlət qurumları müsbət dəyişikliklər edə bilər. Müasir dünyada dəyişikliklər sürətlə gedir. Dünyada fəaliyyət göstərən beyin institutlarının hazırladığı layihələrdə prosesin dayanmadan inkişaf etdiyini deyən Stefan Mergenhaler əlavə edib ki, bu, sosial və iqtisadi sahələri daha çox əhatə edir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının iqtisadi idarəetmə ofisinin rəhbəri Faysal Naru bildirib ki, idarəetmə sistemində bir prinsip var ki, iqtisadçılar əldə olan vəsaiti hesablamalıdırlar. Siyasətçilər isə iqtisadçıların təqdim etdikləri rəqəmlərin düzgün idarəsini həyata keçirməlidirlər. Bu vəsait düzgün sərf edildikdə dövlət və cəmiyyət ortaq qazanc əldə etməlidir.

Avstraliyanın Kvinslend Universitetinin professoru Adil Xan qeyd edib ki, dövlət qulluğunda çalışarkən əsas məqsəd cəmiyyətə düzgün xidmət olmalıdır. Əməkdaşlıq şəraitində çalışdıqda problemlərin qarşısını almaq asan olur.

Finlandiyanın Sosial Təlim və İnkişaf Mərkəzinin direktoru Palvi Hirvola rəhbərlik etdiyi qurumun mövzu ilə bağlı reallaşdırdığı layihələr barədə məlumat verib. O bildirib ki, ölkəsində dayanıqlı inkişafla bağlı məsələlərin təbliği işi məktəblərdə aparılır. Bu məsələnin cəmiyyətdə tam yerini tutması üçün gələcək nəsillə iş aparılmalıdır.

Daha sonra seminar müzakirələrlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video