25 Iyun 2019 13:13
471
SİYASƏT
A- A+

Alia El Yassir: BMT-nin Bakı Forumu dövlət xidmətlərinin daha səmərəli çatdırılmasına töhfə verəcək


BMT-nin Dövlət Xidmətləri Forumunun yüksək səviyyədə təşkili üçün Azərbaycan hökumətinə minnətdarlığımı bildirirəm. Düşünürəm ki, forum bu istiqamətdə müzakirələrin davam etdirilməsi üçün möhtəşəm təcrübədir. Forumda aparılan fikir mübadiləsinin dövlət xidmətlərinin daha səmərəli çatdırılmasına töhfə verəcəyinə inanıram.

AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya Regionu üzrə direktoru Alia El Yassir jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycana ilk dəfədir səfər edirəm. Bakının çox yerini gəzməyə hələ vaxtım olmayıb. Lakin ilk təəssüratlarım çox xoşdur. Heydər Əliyev Mərkəzi dünyanın ən gözəl məkanlarından biridir. Azərbaycandan çox yaxşı xatirələrlə geri dönəcəyəm və öz ölkəmdə bu barədə danışacağam. BMT-nin dövlət xidmətləri üzrə mükafatına layiq görülən ölkələri təbrik edir, forumun işinə uğurlar arzulayıram”, - deyə Alia El Yassir qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video