Alternative content

18:06 23 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UNESKO-ya üzv ölkələrin Milli Komissiyalarının fəaliyyəti barədə illik hesabat dərc olunub
UNESKO-ya üzv ölkələrin Milli Komissiyalarının fəaliyyəti barədə illik hesabat dərc olunub
ANA SƏHİFƏ / SİYASƏT
13:07 25.06.2019

Məlum olduğu kimi, UNESKO-nun katibliyi tərəfindən hər il təşkilata üzv ölkələrin Milli Komissiyalarının fəaliyyəti haqda "Milli Komissiyaların İllik Hesabatı” dərc olunur. Bu nəşrin məqsədi, Milli Komissiyalar arasında informasiya və ən yaxşı təcrübələrin paylaşılması, eyni zamanda, onların yerli, regional və beynəlxalq səviyyədə gördüyü işləri və UNESKO ideyaları haqda ictimaiyyəti və təşkilatları məlumatlandırmaqdan ibarətdir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sözügedən illik hesabatın 2018-ci ilin yekunlarına həsr olunan buraxılışında UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının da fəaliyyəti əks olunub.

İllik hesabatda 2018-ci ilin ölkəmiz ilə UNESKO arasında dinamik inkişaf əlaqələrinin bir sıra mühüm hadisələr ilə yadda qaldığı vurğulanır və bu səpkidə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın 2018-ci mayın 18-də Fransaya səfəri və səfər çərçivəsində təşkilatın baş direktoru Odre Azule ilə görüşü və UNESKO-nun keçmiş baş direktoru Koişiro Matsuuranın 80 illik yubileyində çıxış etməsi qeyd olunur.

Eyni zamanda, illik hesabatda həyata keçirilən bir sıra qarşılıqlı rəsmi səfərlərə də diqqət yetirilir. Belə ki, ötən il oktyabrın 25-26-da keçirilmiş VI Bakı Beynəlxalq Humanitar Forumunda UNESKO-nun baş direktorunun müavini Xinq Qunun iştirakı, tədbirin açılış mərasimindəki çıxışı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi və Xarici İşlər naziri Elmar Məmmədyarov ilə görüşü barədə məlumat verilir.

İllik hesabatda ötən il ərzində həyata keçirilən bir sıra uğurlu tədbirlərdən və əldə olunan yeni nailiyyətlərdən bəhs olunur. Ötən müddətdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunan rəsm sərgisi, Milli Komissiyanın illik görüşü, Beynəlxalq Caz Günü ilə bağlı tədbir, ölkəmizin UNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilməsi, Bakının Dünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsi qərarı və AR Xarici İşlər nazirinin müavini Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin 2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının Port Luis şəhərində keçirilən UNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında iştirak etməsi və sessiya zamanı "Çovqan-ənənəvi Qarabağ atüstü oyunu” faylı ilə bağlı milli hesabatımızın qəbul olunması, eyni zamanda, "Dədə Qorqud/Korkyt Ata/Dede Korkut irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli nominasiyanın siyahıya daxil edilməsi qeyd olunur.

İllik hesabatda uğur hekayəsi kimi, UNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyası zamanı "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” adlı nominasiyanın Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi və adıçəkilən qrup rəqsləri haqda məlumat verilib.

Hesabatın sonunda isə 2019-cu ildə Milli Komissiyanın yaradılmasının 25 illiyi münasibətilə qeyd olunacaq silsilə tədbirlərdən və onun gələcək fəaliyyətindən bəhs edilir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM