25 Iyun 2019 13:04
422
SİYASƏT
A- A+

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Çeçenistanın başçısı Ramzan Kadırovla görüşündən danışıb


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Minskdə keçirilən II Avropa Oyunları çərçivəsində Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovla görüşündən danışıb.

AZƏRTAC"Vestnik Kavkaza” agentliyinə istinadla xəbər verir ki, Leyla Əliyeva Azərbaycan Respublikası və Çeçenistan Respublikası arasında ekologiya və ətraf mühitin mühafizəsi sahəsində yeni birgə layihələrin hazırlanıb həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

"Bizim aramızda qısa və təsadüfi görüş oldu. Ramzan Kadırov çox xoş, səmimi və pozitiv insandır” deyən Leyla Əliyeva Çeçenistanın başçısının bu görüşdən sonra özünün Vkontakte səhifəsində Azərbaycan haqqında yazdığı sözlərdən sevindiyini qeyd edib.

Leyla Əliyeva Çeçenistana səfər edəcəyinə ümidvar olduğunu bildirib. Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib: "Biz birlikdə bir çox sahələrdə, o cümlədən ekologiya və ətraf mühitin mühafizəsi üzrə xeyirxah işlər görə bilərik. Həmçinin himayəyə ehtiyacı olan uşaqlarla bağlı birgə fəaliyyət göstərmək olar. Ümidvaram ki, Heydər Əliyev Fondunun adından həmin respublikaya səfərim və bu cür birgə layihələrdə iştirakım mümkün olacaq”.

Heydər Əliyev Fondunun vitse-prezidenti əlavə edib: "Mən bilirəm ki, Çeçenistanda musiqiyə böyük qiymət verirlər, axı məhz musiqi dünyanı gözəlləşdirir. Ona görə də bu respublikada konsert də təşkil etmək olar”.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovla Minskdə keçirdiyi görüş haqqında Çeçenistan rəhbərinin Vkontakte səhifəsində bəhs edilib. Ramzan Kadırov vurğulayıb ki, Azərbaycan ən yaxın qonşu və Rusiya üçün dost ölkədir. O yazıb: "Dövlətlərimiz arasında bütün sahələrdə ən yaxın əlaqələr yaranıb və inkişaf edir. Bu, Rusiya və Azərbaycanın liderləri – prezidentlər Vladimir Putin və İlham Əliyevin böyük xidmətlərinin nəticəsidir. Mənimlə İlham Heydər oğlu arasında olduqca səmimi münasibətlər formalaşıb. Ona görə də Minskdə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşməyimə çox şad oldum. Leyla İlham qızı gözəl təhsilli, ziyalı qız kimi bütün həyatını dünyada xeyirxahlıq və şəfqət ideyalarının yayılmasına həsr edib və bu yolda böyük uğurlar əldə edib. O, İslam Konfransı Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisidir. Leyla İlham qızı şeirlər yazır, jurnal redaktorudur. Bütün bunlar Azərbaycanın dünyada müsbət imicinin yaranmasına kömək edir. Mən İlham Heydər oğlu ilə görüşlərimlə bağlı öz xatirələrimi minnətdarlıq hissi ilə bölüşdüm. Biz Azərbaycan və Çeçenistan arasında dostluq əlaqələrinə yeni təkan vermək barədə razılıq əldə etdik. Bu il Leyla İlham qızını Qroznıda qarşılamağa şad olacağıq, mədəni, idman və humanitar əlaqələri genişləndirəcəyik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video