Alternative content

12:04 18 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV BMT-nin Dövlət Xidmətləri Forumu işini davam etdirir
BMT-nin Dövlət Xidmətləri Forumu işini davam etdirir
ANA SƏHİFƏ / SİYASƏT
11:43 25.06.2019

Dayanıqlı İnkişaf Məqsədləri 16: şəffaflıq, inklüzivlik və iştirakçılıq ilə institutların daha səmərəli olmasını təmin etmək


Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu iyunun 25-də işini davam etdirir.

AZƏRTAC xəbər verir ki, Forumun ikinci günü "Dayanıqlı İnkişaf Məqsədləri 16: şəffaflıq, inklüzivlik və iştirakçılıq ilə institutların daha səmərəli olmasını təmin etmək” mövzusunda interaktiv panel müzakirəli plenar sessiya ilə başlayıb.

BMT-nin İqtisadi və Sosial məsələlər üzrə departamentinin Dövlət institutları və rəqəmsal hökumət sektorunda DİM şöbəsinin müdiri David Le Blankın moderatorluğu ilə keçən sessiyada Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Alia El Yassir, Liberiya Respublikasının Paynesvil şəhərinin meri Pam Taylor-Belçer və Bəhreyn Dövlət İdarəçilik Akademiyasının direktoru Raed Ben Şams çıxış ediblər.

Natiqlər müasir dövrdə dövlət xidmətləri sahəsində innovasiyaların tətbiqinə böyük ehtiyacın olduğunu vurğulayıb, Azərbaycanın "ASAN xidmət" modelini bu istiqamətdə yaxşı təcrübə kimi qiymətləndiriblər. Qeyd ediblər ki, dövlət xidmətlərinin göstərilməsi prosesinin təkmilləşdirilməsi sahəsində müxtəlif tədbirlər görülür. Bu sahədə vahid mexanizmin yaradılması üçün fikir mübadiləsi aparmaq və qazanılan təcrübələri paylaşmaq baxımından bu forum əhəmiyyətli platformadır.

Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün görülən işlərlə bağlı məlumatlılığın artırılması baxımından Bakı Forumunun əhəmiyyətini vurğulayan natiqlər tədbirin təşkilinə görə Azərbaycan Hökumətinə təşəkkür ediblər. Vurğulanıb ki, bu məqsədlərə çatmaq üçün hökumətlər, media, yerli cəmiyyətlər və beynəlxalq təşkilatlar birgə fəaliyyət göstərməlidirlər. Bunun üçün yeni konsepsiyalar hazırlanmalıdır.

Sonda iştirakçıların sualları cavablandırılıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM