Alternative content

18:10 21 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sosial islahatlar inqilabi xarakter almışdır
Sosial islahatlar inqilabi xarakter almışdır
ANA SƏHİFƏ / SİYASƏT
01:43 25.06.2019


Son illər Prezident İlham Əliyevin sosial sahədə həyata keçirdiyi islahatlar, atdığı mühüm addımlar miqyasına, təsir dairəsinə və əhəmiyyətinə görə həqiqətən inqilabi xarakter almışdır.

Müasir texnologiyalar dövründə hərtərəfli biliklərə yiyələnmiş intellektual peşəkarlara tələbat çoxaldıqca dövlətin elmə, keyfiyyətli təhsilə, bilik əldə edilməsi ilə bağlı bütün strukturlara kapital qoyuluşu artır, həmin strukturlarda çalışan insanların maddi rifahının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. Dövlət başçısının 18 iyun tarixli sərəncamları bir daha göstərdi ki, iqtisadiyyat sahəsində bugünədək aparılan siyasətin, çoxsaylı radikal islahatların mərkəzində son hədəf kimi Azərbaycan vətəndaşının həyat səviyyəsinin yüksəldilməsi durur.

Sərəncamların birində dövlət büdcəsindən maliyyələşdirilən bir sıra elm və mədəniyyət müəssisələrində çalışan insanların əməkhaqlarının artırılması nəzərdə tutulur. Bu müəssisələr arasında "Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin də olması kollektivimiz tərəfindən sevinclə qarşılanmış, bizi səfərbər etmiş, hər birimizi öz vəzifə və vətəndaşlıq borcunu xalqa daha ləyaqətlə, şövqlə qaytarmağa ruhlandırmışdır.

Onu da qeyd etməliyəm ki, ensiklopediyanın maarifçilik funksiyasını yüksək qiymətləndirən ölkə rəhbəri Azərbaycan Milli Ensiklopediyası Redaksiya Heyətinin sədri kimi ensiklopediya kollektivinə hər zaman böyük diqqət və qayğı ilə yanaşmış, qarşımıza çıxan bütün problemlərin həllinə yaxından kömək etmişdir. Azərbaycan Prezidentinin sərəncamı ilə kollektiv üçün Akademiya şəhərciyində yeni, möhtəşəm, funksional cəhətdən bütün müasir tələblərə cavab verən bina inşa edilmiş və 2014-cü il mayın 5-də kollektivin istifadəsinə verilmişdir. Prezidentin 24 noyabr 2015-cil il tarixli sərəncamı ilə Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinin keçirilməsi qərara alındı. Bir ay sonra yubiley münasibətilə ensiklopediyanın bir qrup əməkdaşının orden, medal və fəxri adlarla təltif edilməsi barədə sərəncam verildi. Bütün bunlar dövlətin ensiklopediya nəşrinə olduqca böyük əhəmiyyət verdiyini əks etdirir və biz kollektivimizə göstərilən bu etimadı ardıcıl olaraq fəaliyyətimizlə doğrultmağa çalışırıq.

Yetişən gəncliyin maariflənməsi yönündə Milli Ensiklopediyanın əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyevin göstərişi ilə ensiklopediya cildlərinin kitabxana variantı (hər cildin 25 min nüsxəsi) respublikanın bütün kitabxanalarına, mədəniyyət qurumlarına, ali və orta məktəblərinə pulsuz paylanılır.

İnsanların zəruri bilikləri əldə etməsində və mənimsəməsində universal ensiklopediyaların rolu olduqca böyükdür. İnternet və digər elektron informasiya vasitələrindən fərqli olaraq, ensiklopediyalar daha zəngin, dəqiq və yoxlanılmış materialları özündə ehtiva etməklə oxucu üçün daha məqsədəuyğun informasiya mənbəyidir.

Milli universal ensiklopediyalar, o cümlədən Azərbaycan Milli Ensiklopediyası oxucuların informasiyaya artan tələbatını ödəməklə yanaşı, cəmiyyətin sosial toplum kimi birləşməsinə də müsbət təsir göstərir. Ensiklopediya ona qoyulan xərcləri ancaq xalqın maariflənməsinə verdiyi töhfələrlə qaytara bilir. Çünki ölkənin və cəmiyyətin uğurları yalnız yüzlərlə görkəmli şəxsiyyətlərdən deyil, həm də milyonlarla yaxşı təhsil almış savadlı insanlardan asılıdır.

Tofiq NAĞIYEV,

"Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM