Alternative content

03:00 15 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
02:32 15.11.2019 Mütərəqqi yenilik
02:28 15.11.2019 34 milyonuncu müraciət
02:16 15.11.2019 Xilaskar təbib
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tarixi kökə söykənən diqqət və qayğı
Tarixi kökə söykənən diqqət və qayğı
ANA SƏHİFƏ / SİYASƏT
01:42 25.06.2019


Ümummilli lider Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri xüsusi yer tutur. Dahi rəhbər deyirdi: "Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o, mütləq, hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”.

Ulu öndər təhsilin məzmunu, mahiyyəti, məqsədləri, səmərəli təşkili, müəllim əməyinin şərəfi, şagirdlərin və tələbələrin vəzifələri barədə dəyərli fikirlər söyləməklə bərabər, Azərbaycan təhsilinin hərtərəfli yüksəlişi qayğısına qalmış, illər boyu bu sahədə böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirmişdir.

Təsadüfi deyil ki, Heydər Əliyevin respublikaya birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illər həm də Azərbaycan elminin, təhsilinin intibah dövrü kimi xatırlanır. Həmin illərdə 700-dən çox məktəb binası tikilərək istifadəyə verilmişdir. O illərdə respublikada ali təhsil müəssisələrinin sayı 12-dən 17-yə, tələbələrin sayı 70 mindən 100 minə çatmışdı. Böyük rəhbərin 70-ci illərdə yüzlərlə azərbaycanlı gəncin respublikamızın hüdudlarından kənarda yüksək ali təhsil almasına, ixtisaslı kadr kimi yetişməsinə hər cür kömək göstərməsi də onun xeyirxahlığının bariz ifadəsidir.

Ümummilli lider Heydər Əliyevin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2003-cü il tarixli fərmanı isə təhsil sisteminin əsaslı şəkildə təkmilləşdirilməsinə, idarəetmənin müasir prinsiplər üzrə təşkilinə, onun beynəlxalq standartlara uyğunlaşdırılmasına və dünya təhsil sisteminə inteqrasiyasına zəmin yaratmışdır. Bu gün təhsil siyasəti Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanın Əliyeva tərəfindən uğurla davam etdirilir.

Azərbaycan məktəbi bu gün həm də məzmunca yeniləşir, modernləşir. Azərbaycan Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulan tələblərə uyğun olaraq ölkəmizin təhsil sistemində uğurlu islahatlar həyata keçirilir. Məqsəd milli təhsilimizi ən yüksək dünya standartları səviyyəsinə çatdırmaqdır.

Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm prinsipləri sırasındadır. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir. Ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəblər tikilmiş, bir çox təhsil ocaqları üçün yeni korpuslar inşa olunmuşdur. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülmüşdür.

Bir sözlə, Prezident İlham Əliyevin təhsilimizə göstərdiyi diqqət və qayğı nəticəsində uğurlu inkişaf özünü göstərir. Sumqayıt təhsildə özünün zəngin ənənələri və qabaqcıl nailiyyətləri ilə respublikada öncül yerdə qərarlaşır.

Biz təhsil işçiləri özümüzü xoşbəxt hesab edirik. Çünki siyasi, iqtisadi sabitliyin hökm sürdüyü ölkəmizdə çalışırıq ki, şagirdlərimizi daha savadlı yetişdirək, gələcəkdə onlar vətənimizə, millətimizə layiq övladlar olsunlar.

Ölkə rəhbərinin imzaladığı yeni sərəncamla müəllimlərin əməkhaqlarının 2019-cu il sentyabrın 1-dən 20 faiz artırılması biz təhsil işçilərini çox sevindirdi.

Böyük əminliklə deyə bilərik ki, müəllimlərimiz bundan sonra da vəzifələrinin öhdəsindən layiqincə gələcək, təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi, gənc nəslin vətənpərvərlik, azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi, yüksək peşəkarlığa və səriştəyə malik mütəxəssislər hazırlanması üçün əzmlə çalışacaqlar.

Raqif ŞİRİNOV,

Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 saylı tam orta məktəbin tarix müəllimi



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM