Alternative content

11:18 16 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Barama tədarükü davam edir
Barama tədarükü davam edir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:42 25.06.2019


Kümçülük sahəsində ixtisaslaşan rayonlarımız arasında Oğuz da var. 2016-cı ildən başlayaraq rayonun əksər kəndlərində ipəkqurdu bəslənilir.

Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Azad Əliyev bildirdi ki, cari ilin məhsulu üçün rayona Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə Qax İpəkçilik Damazlıq Müəssisəsindən 300 qutu ipəkqurdu toxumu gətirilərək ayrı-ayrı kəndlərdə 130 kümçüyə paylanıb. Toxumun bəslənməsi üçün Oğuz DAİM-in mütəxəssisləri tərəfindən davamlı nəzarət edilib və yem tədarükü üçün lazımi kömək göstərilib.

Bundan əlavə, istehsal olunmuş yaş baramanın qəbul məntəqəsinə təhvil verilməsi ilə bağlı şərait yaradılıb, subsidiya sənədləri hazırlanıb. Hazırda barama təhvili davam edir və kümçülər daha yüksək məhsul istehsalı üçün səylə çalışırlar.

Kümçülük sahəsi üzrə ixtisaslaşmış kəndlərdən biri də Bucaqdır. Bucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, kümçülüklə də məşğul olan Anar Rəşidov deyir ki, bu il əvvəlki illərlə müqayisədə havalar isti keçdiyindən barama tədarükünə tez başlanıb. Kənd üzrə ümumilikdə 340 qram ipəkqurdu toxumu paylanıb. Müqavilə bağlanan 8 kümçünün təxminən 650 kiloqram barama tədarük etmələri gözlənilir.

Kənd sakin Suqra Məmmədova da kümçülüklə məşğuldur. Dediyinə görə, vaxtilə ailələri kümçülüklə məşğul olub. İpəkqurdunun qidalanmasında onlara iki il əvvəl əkdikləri tinglərin köməyi olub.

Əli SƏLİMOV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM