Alternative content

18:04 23 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin 10 illiyi münasibətilə Mədəniyyət Günü keçirilib
Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin 10 illiyi münasibətilə Mədəniyyət Günü keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
23:31 24.06.2019

İyunun 24-də Moskvada Azərbaycan Mədəniyyəti Günü keçirilib. Tədbir Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGB) tərəfindən bu qurumun 10 illiyi münasibətilə təşkil edilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-in sədri Leyla Əliyeva tədbirdə iştirak edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyəti Günü Moskvanın ən mənzərəli guşələrindən birində - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin "Aptekarski oqorod” nəbatat bağında keçirilib.

Tədbirin əvvəlində RAGB-in fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib. RAGB-in sədri Leyla Əliyeva, M.V.Lomonosov adına MDU-nun rektoru Viktor Sadovniçi, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, BMT-nin Ətraf Mühit Proqramının xoşməramlı səfiri, əfsanəvi xokkeyçi Vyaçeslav Fetisov, MDU-nun "Aptekarskiy qorodok” nəbatat bağının direktoru Aleksey Reteyum Azərbaycan Mədəniyyət Gününün təntənəli açılış mərasimində çıxış ediblər.

Mədəniyyət Günü çərçivəsində RAGB fəallarının mükafatlandırılması mərasimi keçirilib. RAGB-in sədri Leyla Əliyeva fərqlənənlərə "RAGB-in ən fəal könüllüsü”, "RAGB-in ən uğurlu idmançısı”, "Ən yüksək müvəffəqiyyət dərəcəsi olan tələbə”, "Ən fəal regional bölmələr”, "Təşkilatın həyatında səmərəli fəaliyyətinə görə” nominasiyalarında xatirə diplomları təqdim edib.

Bayram tədbiri ustad dərslərinin, sərgilərin keçirildiyi, milli atributlar, musiqi alətləri, geyimlər və xalçalarla bəzədilmiş xüsusi fotozonaların təşkil olunduğu bir neçə məkanda davam edib. Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəaliyyəti ilə tanış olmaq üçün "AMOR” jurnalının 10 il ərzində çapdan çıxmış nömrələrinin, habelə Azərbaycan klassiklərinin kitablarının təqdim edildiyi oxucu guşəsi yaradılıb.

Bayram "Qolos” layihəsinin finalçısı Emil Qədirovun, "Qolos deti” şousunun finalçısı Azər Nəsibovun, "Qarabağ” rəqs ansamblının iştirakı ilə açıq səma altında konsertlə başa çatıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM