Alternative content

11:19 16 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan idmançıları “Minsk 2019”un dördüncü günündə üç bürünc medal qazanıblar
Azərbaycan idmançıları “Minsk 2019”un dördüncü günündə üç bürünc medal qazanıblar
ANA SƏHİFƏ / İDMAN
23:29 24.06.2019

İyunun 24-də - "Minsk 2019”un dördüncü günündə Azərbaycan idmançıları cüdo, tramplin gimnastikası, boks və badminton yarışlarında mübarizə aparıblar. Komandamızın üzvləri günü 3 bürünc medalla başa vurublar.

AZƏRTAC xəbər verir ki, medalları Azərbaycanın aktivinə cüdoçular yazdırıblar. Cüdoçularımızdan Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və İrina Kindzerska (+78 kq) bürünc medallara sahib olublar. Uşangi Kokauri (+100 kq) bürünc medal uğrunda görüşdə, Zelin Kotsoyev (100 kq) isə səkkizdəbir finalda uduzaraq mübarizəni dayandırıblar.

Gün ərzində Azərbaycanın dörd boksçusu - Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Lorenso Sotomayor (69 kq) və Məryəm Cəbrayılova (69 kq) səkkizdəbir finalda yarışıb. Onlardan yalnız Lorenso Sotomayor qalib gələrək dörddəbir finala yüksəlib. Boksçu səkkizdəbir finalda Adem Fetahoviçi (Bosniya və Herseqovina) 4:1 hesabı ilə məğlub edib.

Tramplin gimnastikası üzrə kişilərin sinxron yarışında ölkəmizi təmsil edən Ruslan Ağayev – İlya Qrişunin dueti 47,900 xalla beşinci olub.

Badminton yarışında G qrupunda çıxış edən təmsilçimiz Ezmi Qovimuramadhoni mübarizəyə qələbə ilə başlayıb. Kişi badmintonçuların fərdi mübarizəsində G qrupunda çıxış edən idmançımız rumıniyalı Kollins Valentin Filimona qalib gəlib - 2:1 (21:19, 18:21, 21:10). Təmsilçimiz iyunun 25-də lüksemburqlu Robert Mann, bir gün sonra isə Rusiya idmançısı Vladimir Malkov ilə qarşılaşaq. Turnirin reqlamentinə əsasən, qrup mərhələsində ilk iki yeri tutan badmintonçu səkkizdəbir finala vəsiqə qazanacaq.

Xatırladaq ki, "Minks 2019”da Azərbaycan yığmasının aktivində 4 gümüş və 7 bürünc medal var.

İkinci Avropa Oyunlarına 47 medalla Rusiya yığması başçılıq edir. Rusiyalı idmançılar 21 qızıl, 12 gümüş və 14 bürünc medal qazanıblar. İkinci yerdə Belarus (11-9-18), üçüncü yerdə isə Gürcüstan yığması (6-5-9) qərarlaşıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM