Alternative content

12:03 18 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rafael Hüseynov: Avropa Şurasındakı böhranların əsas səbəblərindən biri intizamsız və işğalçı Ermənistanın cəzasız qalmasıdır
Rafael Hüseynov: Avropa Şurasındakı böhranların əsas səbəblərindən biri intizamsız və işğalçı Ermənistanın cəzasız qalmasıdır
ANA SƏHİFƏ / SİYASƏT
23:27 24.06.2019

İyunun 24-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının ilk iş günündə belçikalı deputat Petra Sutterin "Səlahiyyətlər və səsvermə ilə bağlı Parlament Assambleyasının qərar qəbuletmə prosesinin möhkəmləndirilməsinə” dair hazırladığı məruzə ciddi müzakirələrə səbəb olub.

AZƏRTAC xəbər verir ki, mövzu ilə bağlı müzakirələrdə 70-ə yaxın deputat çıxışa yazılıb.

Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov müzakirələrə qatılaraq, AŞPA nizamnaməsi və qaydalarında dəyişiklik etmək cəhdlərinin müsbət və mənfi tərəflərinə toxunub.

Bildirib ki, 70 yaşını qeyd edən bir təşkilatın nizamnaməsində, fəaliyyət prinsiplərində dəyişikliklər etməyə çalışması, bir tərəfdən çox yaxşıdır, digər tərəfdən isə narahatedicidir. Deputat deyib: "Yaxşıdır ona görə ki, bu, təşkilatdakı daxili dinamikadan xəbər verir. Göstərir ki, təşkilat öz işinə tənqidi yanaşmağı bacarır, yeniləşməyə, daha mükəmməl olmağa can atır. Narahatedici tərəfi isə 50-yə yaxın ölkənin ictimai-siyasi taleyi ilə bilavasitə bağlı olan bir mötəbər təşkilatın indiyədək kamil və rəvan işləyən nizamnaməsinin, qaydalarının olmamasıdır. Belə görünür ki, indiyədək müəyyən məsələlərdə yanlış yolla irəliləyirmişik”.

Yeniləşmənin, təkmilləşmənin vacibliyinə toxunan R.Hüseynov bildirib ki, yeniləşməyə meyil, müsbət dəyişikliklər etmək cəhdi məqbul gedişatdır. Lakin Avropada və dünyada müşahidə etdiyimiz oxşar islahatların öyrətdiyi təcrübə də var. Belə dəyişikliklər müəyyən qrupları, şəxsləri, dövlətləri nəzərdə tutaraq, onların hüquq və səlahiyyətlərinin məhdudlaşdırılmasını və ya genişləndirilməsini hədəf götürməməlidir. Dəyişikliklərdən hamı faydalana bilməlidir, bu yeniliklər hamı üçün daha yaxşı fəaliyyət imkanları təmin etməlidir.

R.Hüseynov üzv ölkələrin hər birinin bu quruma qəbul edilərkən müəyyən öhdəliklər götürdüyünü, prosedurlardan keçdiyini diqqətə çatdıraraq deyib ki, AŞPA-ya daxil olan ayrı-ayrı dövlətlərin fərdi öhdəliklərindən başqa, ortaq və mühüm öhdəlik üzvlüyün başlıca şərti kimi təşkilatın nizamnaməsinə, qaydalarına, tələblərə tabe olmaqdır, onları danışıqsız icra etməkdir. Üzv ölkə bu tələbləri yerinə yetirmirsə, hətta nümayişkaranə şəkildə bundan imtina edirsə, həm də bunu dəfələrlə edirsə, təbii ki, sanksiyalar işə düşməli, təşkilat ən azı öz nüfuzunu, ləyaqətini qorumaq naminə qəti sözünü deməlidir. Əks təqdirdə, təşkilata inam, etibar itəcək, nüfuzu aşağı düşəcəkdir.

Azərbaycanlı deputat təcavüzkar Ermənistanın AŞPA nizamnaməsi və qaydalarına zidd fəaliyyətlərindən müfəssəl danışıb. Bildirib ki, Ermənistan ötən illərdə sistemli şəkildə Parlament Assambleyasının müəyyən məruzələrinin hazırlanmasına açıq şəkildə müqavimət göstərib, maneçiliklər törədib, qəbul edilmiş qətnamələrə qətiyyən məhəl qoymayıb, illər boyu onları yerinə yetirməkdən imtina edib. Nizamnaməsinə üzv dövlətin belə açıq hörmətsizlik göstərməsinə Avropa Şurası dözüb, dözməkdə davam edir. Bütün bunlardan sonra təşkilatda böhranların ardı-arasının kəsilməməsi, arzuolunmaz proseslərin ardıcıl başlaması təəccüb doğurmur.

"Hamının tələblərinə tam cavab verən nizamnamə olmalı, onu hər yeni situasiyaya uyğun dəyişdirmək cəhdləri edilməməli, prosedur qaydalarının tələblərinə riayət də istisnasız hamı üçün eyni olmalıdır”, - deyə R.Hüseynov qeyd edib. Avropa Şurasındakı bir çox böhranların və problemlərin məhz Ermənistan kimi dövlətlərə ifrat güzəştli münasibətdən irəli gəldiyini vurğulayıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM