Alternative content

18:10 23 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AŞPA-da Azərbaycanda qaçqın və məcburi köçkünlərin taleyinə dair müzakirələr aparılıb
AŞPA-da Azərbaycanda qaçqın və məcburi köçkünlərin taleyinə dair müzakirələr aparılıb
ANA SƏHİFƏ / SİYASƏT
23:24 24.06.2019

Avropa Şurası Parlament Assambleyası çərçivəsində qaçqın, məcburi köçkün və itkin düşmüş insanların taleyi ilə bağlı dinləmələr keçirilib.

AZƏRTAC xəbər verir ki, dinləmələr Avropa Şurası Parlament Assambleyasının miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə alt-komitəsinin qurumun "Avropada məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” adlı 2214 saylı qətnaməsinə hazırlıq çərçivəsində təşkil olunub. Bəzi ölkələrdə, eləcə də Azərbaycanda qaçqın və məcburi köçkünlərin, eləcə də itkin düşmüş insanların taleyinə dair müzakirələr aparılıb.

Tədbirdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxış edərək bildirib ki, qaçqın və məcburi köçkün məsələsinin həlli ölkəmiz üçün böyük əhəmiyyət daşıyır. Məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət və hökumətimizin həyata keçirdiyi layihələrdən, gördüyü tədbirlərdən söz açan F.Hüseynov qeyd edib ki, doğma yurdundan didərgin düşmüş insanların yerləşdirilməsi üçün yeni yaşayış məntəqələri salınır. Buna baxmayaraq, onlar daim öz doğma yurdlarına dönmək ümidi ilə yaşayırlar.

Qaçqın və məcburi köçkünlərin hüquqlarından danışan F.Hüseynov Avropa İnsan Hüquqları Məhkəməsinin "Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarını xatırladaraq, məcburi köçkünlərin hər görüşdə doğma yurdlarına nə vaxt qayıdacaqları ilə bağlı suallar verdiyini qeyd edib. Ümid etdiyini bildirib ki, onların suallarına tezliklə cavab vermək mümkün olacaq.

Tədbirdə iştirak edən erməni deputatı yenə də yalanlarla dolu çıxış etmək istəsə də, konfransın sədri onu dayandırıb.

AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin üzvü, Polşadan olan deputat Killion Munyama ölkəmizdə qaçqın və məcburi köçkünlərlə bağlı son yeniliklərlə maraqlanıb.

Dinləmələrdə məcburi köçkün, itkin düşmüş insanların taleyi ilə bağlı narahatlıq ifadə edilib, onların ailə üzvlərinin gözləntilərinə cavab verilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM