Alternative content

05:00 19 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:42 19.09.2019 İLHAM ƏLİYEV yolu
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan ilə Monteneqro arasındakı münasibətlər yüksək səviyyədədir
Azərbaycan ilə Monteneqro arasındakı münasibətlər yüksək səviyyədədir
ANA SƏHİFƏ / PARLAMENT
23:23 24.06.2019
İyunun 24-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Monteneqronun Baş Naziri Duşko Markoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov bu səfərin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Sədr Azərbaycanla Monteneqro arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.

Əlaqələrimizin inkişafında dövlət başçılarının rolunu xüsusi qeyd edən Oqtay Əsədov bildirib ki, yüksəksəviyyəli səfərlər və görüşlər zamanı aparılan danışıqlar, əldə olunmuş razılaşmalar, imzalanmış sənədlər əməkdaşlığımızın hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaradır.

Sədr deyib ki, Azərbaycan son illər Cənubi Qafqazda iri layihələr həyata keçirir. Monteneqro da Cənub Qaz Dəhlizinin iştirakçılarından biri kimi bu sahədə Azərbaycanla əməkdaşlıq edir. Siyasi əlaqələrimiz yüksək səviyyədə olsa da, ticari sahədə əlaqələrin inkişaf etdirilməsinə ehtiyac var. Monteneqro hökumətinin Azərbaycanda diplomatik nümayəndəlik açması sevindirici haldır və qarşılıqlı münasibətlərin inkişafına öz töhfələrini verəcək.

Milli Məclisin Sədri beynəlxalq təşkilatlarda ölkəmizə verdiyi dəstəyə görə Monteneqro dövlətinə təşəkkürünü bildirib.

Baş Nazir Duşko Markoviç Azərbaycanda onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. O, iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.

Qonaq Azərbaycan şirkətlərinin Monteneqroya böyük investisiyalar yatırdığını və bunun turizmin inkişafına güclü dəstək verdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, Monteneqro Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və hər zaman onun yanındadır.

Söhbət zamanı parlamentlərarası əlaqələrin, iqtisadi, mədəni, turizm sahələrində münasibətlərin inkişafı barədə də fikir mübadiləsi aparılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM