Alternative content

11:58 18 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İnsan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə töhfə verən dövlət xidmətlərinin təşkilinin səmərəli modeli
İnsan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə töhfə verən dövlət xidmətlərinin təşkilinin səmərəli modeli
ANA SƏHİFƏ / SİYASƏT
23:22 24.06.2019

BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində keçirilən sonuncu seminar "İnsan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsinə töhfə verən dövlət xidmətlərinin təşkilinin səmərəli modeli” mövzusuna həsr edilib.

AZƏRTAC xəbər verir ki, seminarda insan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə töhfə verən dövlət xidmətlərinin təşkilinin səmərəli modeli nəzərdən keçirilib.

Seminarın məqsədi insan hüquqlarının və DİM-in həyata keçirilməsinə töhfə verən dövlət xidmətlərinin göstərilməsindəki ən yaxşı təcrübələri bölüşmək, dövlət xidmətlərinin göstərilməsi ilə bağlı insan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində ölkələrin üzləşdiyi çətinlikləri əks etdirmək, insan hüquqları və yaxşı idarəetmə sahələrində dövlət qulluqçularının hazırlanması üçün müvafiq milli dövlət qurumlarının potensialını gücləndirməklə beynəlxalq əməkdaşlıq imkanlarını müəyyənləşdirmək, hüquqa əsaslanan yanaşma vasitəsilə dövlət xidmətlərinin göstərilməsinin gücləndirilməsi və inkişafı üçün yeni fikirləri nəzərdən keçirmək, insan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi ilə bağlı səmərəli dövlət xidmətlərinin göstərilməsinin təməlində olan qayda və prinsipləri müəyyənləşdirmək olub.

Seminarda Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti Ramin Qurbanov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai və digərləri çıxış ediblər.

Seminarda üzv dövlətlərin birgə iş təşəbbüslərini və siyasi inteqrasiyalarını təşviq etmək üçün həyata keçirilən müxtəlif institusional yanaşmalar vurğulanıb. Dövlət xidmətlərinin göstərilməsi kontekstində insan hüquqlarının həyata keçirilməsinə dair təcrübələr bölüşülüb.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM