24 Iyun 2019 23:18
706
SİYASƏT
A- A+

2030 Gündəliyinin həyata keçirilməsi üçün dövlət qulluqçularının tam hazırlanması


Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu çərçivəsində keçirilən seminarlardan biri də "2030 Gündəliyinin həyata keçirilməsi üçün dövlət qulluqçularının tam hazırlanması” mövzusunda olub.

AZƏRTAC xəbər verir ki, BMT-nin Təlim və Tədqiqatlar Mərkəzinin icraçı direktoru Nixil Set çıxış edərək sessiyada Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması üçün dövlət qulluqçularının tam hazırlanması məsələsinin araşdırılacağını söyləyib. Bildirib ki, seminarın əsas məqsədləri dövlət idarəetmə məktəblərində tədris proqramlarına Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) daxil edilməsinə dair qlobal tendensiyaları və regional perspektivləri təqdim etmək, dövlət qulluqçularının düşüncə tərzinin dəyişdirilməsinə kömək edən strategiya və amilləri müzakirə edib təhlil etmək, DİM-in tətbiqində dəyişikliklərin təşviq edilməsi və səmərəli şəkildə dəyişdirilməsi üçün metodologiyalar və təcrübələri öyrənməkdir.

Seminar çərçivəsində "Dayanıqlı inkişaf üçün 2030 Gündəliyinin həyata keçirilməsində dövlət idarəçiliyinin hazırlığı üzrə qlobal trendlər, o cümlədən regional və milli perspektivlər”, "Dövlət qulluqçularının düşüncə tərzinin dəyişdirilməsinə və DİM-in həyata keçirilməsində imkanların yaranmasına kömək edən strategiya, bilik və amillər”, "DİM-in tətbiqində dəyişikliklərin təşviq edilməsi və səmərəli şəkildə dəyişdirilməsi üçün metodologiyalar və təcrübələr” mövzularında sessiyalar keçirilib.

Sessiya müzakirələrlə və sual-cavabla davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video