24 Iyun 2019 23:16
544
SİYASƏT
A- A+

BMT-nin Dövlət Xidmətləri Forumu ilin ən mühüm hadisələrindəndir


BMT-nin Dövlət Xidmətləri Forumu bizim üçün ilin ən mühüm hadisələrindəndir. Bu gün BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin Azərbaycanda rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatını Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim etdi. Bu, Azərbaycanın rəqəmsallaşdırma sahəsində qazandığı uğurların bəhrəsidir.

Bu barədə AZƏRTAC-a müsahibəsində BMT-nin iqtisadi və sosial məsələlər üzrə departamentinin rəqəmsal idarəetmə şöbəsinin əməkdaşı Elida Reci deyib. O bildirib ki, builki Forumda müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirlərinin, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxslərinin iştirakı Azərbaycanın nüfuzunun göstəricisidir.

"Dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanda təşkil olunan ilk BMT tədbiri olan bu Forum çərçivəsində plenar sessiyalar, 9 fərqli aktual mövzu üzrə seminar və 4 paralel tədbir təşkil olunub. Eyni zamanda, 5 fərqli kateqoriya üzrə BMT Dövlət Xidmətləri Mükafatının builki qalibləri təltif olunub, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə xarici ölkələrin bir sıra qurumları arasında əməkdaşlığa dair müqavilələr imzalanıb. Bütün bunlar Forumun əhəmiyyətini və mötəbərliyini nümayiş etdirir”, - deyə Elida Reci qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video