Alternative content

11:59 18 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər
ANA SƏHİFƏ / SİYASƏT
23:14 24.06.2019

İyunun 24-də BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində növbəti seminar "Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər” mövzusuna həsr edilib.

AZƏRTAC xəbər verir ki, seminarda dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual məsələlər üzrə müzakirələr aparılıb, habelə dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələri araşdırılıb.

Seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev çıxış edərək Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sisteminin inkişafı istiqamətində aparılan islahatlarda BMT-nin qurumları ilə əməkdaşlığın mühüm rolunu diqqətə çatdırıb. Nazir gələcəyin sosial təminat sisteminin formalaşdırılmasında innovasiyaların necə yardımçı ola biləcəyinə dair fikir mübadiləsinin aparılmasının önəmini qeyd edib. O, son bir ildə Azərbaycanda həyata keçirilən iki sosial paket haqqında məlumat verərək bildirib ki, həmin islahatlar ölkəmizin 4,2 milyon sakinini əhatə edir. Bu isə ölkə əhalisinin 40 faizi deməkdir. Həmin sosial paket nəticəsində minimum əməkhaqqı 130 manatdan 250 manata çatdırılaraq ümumilikdə 93 faiz artıma nail olunub.

Nazir Azərbaycanda bir milyon qaçqın və köçkün ordusunun olduğunu xatırladaraq həmin təbəqənin sosial vəziyyətinin yaxşılaşdırılması üçün görülən işlərdən də danışıb. O, nəzərə çatdırıb ki, həyata keçirilən elektron xidmətlər nəticəsində əhalinin məşğulluğu sahəsində də xeyli zəruri tədbirlər görülüb. Təkcə bu il ərzində 35 min nəfər üçün iş yeri yaradılıb. Nazir həssas qrupların tibbi, sosial reabilitasiyası ilə əlaqədar aparılan işlər barədə də məlumat verib. Xüsusilə bu ilin mayında fəaliyyətə başlayan DOST mərkəzinin işi Forum iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Seminarda çıxış edən Çin, Kamboca, Serbiya, Niderland, Argentina nümayəndələri öz ölkələrinin təcrübəsində həssas qrupların müəyyənləşdirilməsi qaydaları, onların dəstəklənməsi üsulları və həmin prosesin monitorinqi, eləcə də həmin qrupa aid edilən əhali təbəqəsinin təhsil, sağlamlıq və güzəran səviyyəsi, onların cəmiyyətə inteqrasiyası üçün əlverişli ekosistemin təşviqi, fiziki məhdudiyyətli və yaşlı insanlara dövlət xidmətlərinin göstərilməsi sahəsində görülən işlər barədə danışıblar.

Sonra müzakirə olunan məsələlərlə əlaqədar suallar cavablandırılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM