Alternative content

10:58 12 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hindistan və Rusiya turoperatorları Azərbaycanın turizm potensialı ilə tanış olublar
Hindistan və Rusiya turoperatorları Azərbaycanın turizm potensialı ilə tanış olublar
ANA SƏHİFƏ / Mədəniyyət
23:04 24.06.2019
Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Hindistandan olan turoperatorlarla yerli turizm şirkətlərinin tanışlıq görüşü baş tutub. Həmçinin Rusiyanın işgüzar turizm sahəsini təmsil edən şirkətlərlə həmin sahə üzrə ixtisaslaşmış yerli turoperatorlar arasında görüş keçirilib.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşlərin əsas məqsədi Bakının və Azərbaycanın digər regionlarının turizm potensialının tanıdılması, təcrübə mübadiləsinin aparılması, Bakıda və regionlarda Azərbaycanın işgüzar tədbirlərin keçirilməsi üçün mövcud potensialının təqdimatı və ölkəmizdə keçiriləcək beynəlxalq səviyyəli işgüzar görüşlərin sayını artırmaqdır.

Hindistan turoperatorları ilə B2B xarakterli tanışlıq görüşündə 50 yerli turizm şirkəti iştirak edib. Görüşdə gələcək əməkdaşlıq perspektivləri qiymətləndirilib və mümkün tərəfdaşlıq üçün ikitərəfli əlaqələr müzakirə olunub.

Rusiya turoperatorları ilə eyni xarakterli görüş zamanı Azərbaycan və onun işgüzar turizm imkanları barədə geniş məlumat verilib, əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Dehli və Moskva şəhərlərini təmsil edən şirkətlərin Azərbaycanın turizm potensialı və əsas turizm infrastrukturu barədə ətraflı məlumatlandırılması məqsədilə Bakı, Şamaxı, Xızı, Siyəzən, Qəbələ, Quba və Qusarda yerləşən hotellər, turizm xidmət obyektləri və tarixi məkanlara səfərlər təşkil edilib.

Xatırladaq ki, 2018-ci ilin sonlarından etibarən Azərbaycan Turizm Bürosunun Hindistanın Mumbay, Rusiyanın Moskva şəhərində rəsmi turizm nümayəndəlikləri fəaliyyət göstərir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM