Alternative content

18:09 21 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yekaterina Zaxaryeva: Bolqarıstan Azərbaycanla strateji tərəfdaşdır
Yekaterina Zaxaryeva: Bolqarıstan Azərbaycanla strateji tərəfdaşdır
ANA SƏHİFƏ / PARLAMENT
23:02 24.06.2019

İyunun 24-də Milli Məclisin Sədri Oqtay Əsədov Bolqarıstanın Baş Nazirinin müavini və Xarici İşlər naziri Yekaterina Zaxaryevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Sədr ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayıb. Bildirilib ki, bu yaxınlarda Bakıda keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin sessiyasında təşkilata sədrlik Azərbaycandan Bolqarıstana keçib. Bu tədbirlə əlaqədar Bolqarıstan parlamentinin sədri ölkəmizdə səfərdə olub.

Vurğulanıb ki, dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə yüksəldib. 2015-ci ilin martında Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri zamanı strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Bu günədək ölkələrimiz arasında imzalanmış 68 sənəd münasibətlərimizin hüquqi bazasını təşkil edir.

Sədr parlamentlər səviyyəsində münasibətlərimizin təqdirəlayiq olduğunu söyləyərək, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, nümayəndələrimiz müxtəlif nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edirlər.

Yekaterina Zaxaryeva Bolqarıstanla Azərbaycanın strateji müttəfiq olduqlarını vurğulayaraq, ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Qeyd edilib ki, ölkələrimiz arasında mövcud olan yüksək siyasi dialoq iqtisadi sahədə də canlanma yaratmaq üçün yaxşı zəmin yaradır.

Qonaq dövlətlərarası münasibətlərdə qarşılıqlı səfərlərin önəmindən danışaraq Prezident İlham Əliyevin 2015-ci ildə Bolqarıstana səfərinin əhəmiyyətini qeyd edib. Bildirilib ki, son dövrdə iqtisadi sahədə artımlar müşahidə olunmaqdadır. Bu ilin mayında Bolqarıstanda Yunanıstan və Bolqarıstan Baş nazirlərinin iştirakı ilə qaz İnterkonnektorunun (İGB) təməlqoyma mərasimi baş tutub. Bu, Azərbaycan qazının Bolqarıstana və Avropa ölkələrinə nəql edilməsi üçün atılan mühüm addımlardan biridir. "Biz Azərbaycanın bu sahədəki rolunu yüksək qiymətləndiririk. Hesab edirik ki, gələcəkdə nəqliyyat, kənd təsərrüfatı, İKT, turizm sahələrində də böyük uğurlara imza ata bilərik”, - deyə o qeyd edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM