Alternative content

21:44 14 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV BMT-nin Dövlət Xidmətləri Forumunda DOST layihəsi böyük maraqla qarşılanıb
BMT-nin Dövlət Xidmətləri Forumunda DOST layihəsi böyük maraqla qarşılanıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
23:00 24.06.2019

BMT-nin Bakıda keçirilən Dövlət Xidmətləri Forumunda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev çıxış edərək, Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sisteminin inkişafı istiqamətində aparılan islahatlarda BMT-nin qurumları ilə əməkdaşlığın mühüm rolunu diqqətə çatdırıb.

AZƏRTAC xəbər verir ki, nazir Sahil Babayev gələcəyin sosial təminat sisteminin formalaşdırılmasında innovasiyaların necə yardımçı ola biləcəyinə dair fikir mübadiləsinin aparılmasının önəmini qeyd edib. O bildirib ki, cəmiyyətin daha yaxşı gələcəyi üçün necə xidmət edəcəyimizlə bağlı öz ideya və faydalı müzakirələrimizlə bu mötəbər platformaya dəstək oluruq. Forum onu diqqətə çatdırır ki, əlaqəli və əhatəli (inklüziv) sosial təminat sisteminin qurulması innovativ yanaşmanın və tədbirlərin daha effektiv həyata keçirilməsi ilə dəstəklənməlidir. Sosial təhlükəsizliyin idarəedilməsində praktiki yanaşmaya, mükəmməlliyə və innovasiyalara, eyni zamanda onun əhatə dairəsinin, xidmətlərin genişləndirilməsinə, istifadəçilərin səlahiyyətlərinin və dürüstlüyün gücləndirilməsinə diqqət yetirməliyik.

Nazir Azərbaycanda əhalinin qaçqın və məcburi köçkünlərdən ibarət böyük bir hissəsinin, digər həssas qrupların sosial müdafiəsi sisteminin təkmilləşdirilməsində innovasiyaların geniş tətbiqinin əsas istiqamətlərdən olduğunu bildirib. O, ölkəmizdə aparılan sosial islahatlar barədə forum iştirakçılarına ətraflı məlumat verib. Həmçinin DOST layihəsi təqdim edilib və layihə forum iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

BMT-nin Bakıda keçirilən Dövlət Xidmətləri Forumu dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin mübadiləsi məqsədini daşıyır. Forumda dünyanın 190-dan çox ölkəsindən dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirlərdən, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxslərindən ibarət 500-dən çox nümayəndə iştirak edir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM