Alternative content

07:54 19 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 19.11.2019 Bir əsrin xəzinəsi
16:22 18.11.2019 Kabildə terror aktı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qəbələdə beynəlxalq yarışa və ümumrespublika birinciliyinə start verilib
Qəbələdə beynəlxalq yarışa və ümumrespublika birinciliyinə start verilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
22:53 24.06.2019

Qəbələdə "Gənc xilasedici” VII Beynəlxalq yarışına və "Gənc xilasedici və yanğınsöndürən” VIII Ümumrespublika birinciliyinin final mərhələsinə start verilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, tədbirlər nazirliyin təşkilatçılığı, FHN işçiləri həmkarlar ittifaqının, Təhsil, Gənclər və İdman nazirliklərinin, Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilir.

Tədbir iştirakçıları Bakıda Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil və gül dəstələri qoyublar.

Sonra Şəhidlər xiyabanında Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın məzarları ziyarət edilib.

Qəbələ şəhərində "Gənc xilasedici” VII Beynəlxalq yarışının və "Gənc xilasedici və yanğınsöndürən” VIII Ümumrespublika birinciliyinin açılış mərasimi keçirilib.

Mərasimdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin rəhbərliyi, FHN-in Mülki müdafiə işinin təşkili Baş İdarəsinin rəisi, general-mayor Niyazi Zamanov, nazirliyin İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini, polkovnik Məhbubə Mustafayevə, FHN-in işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov yarışların əhəmiyyətindən danışıb, belə müsabiqələrin keçirilməsinin yeniyetmə və gənclərin fövqəladə hallarla mübarizə sahəsində yeni təcrübələr əldə etməsində mühüm rol oynadığını vurğulayıb, tədbir iştirakçılarına uğurlar arzulayıblar.

Sonra yarışlara start verilib.

"Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyi artıq səkkizinci dəfədir təşkil olunur. Bu yarışların keçirilməsində məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında sağlam həyat tərzinin təbliği, onlara şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və hərbi-vətənpərvərlik ruhunun aşılanmasıdır. Yarış ümumilikdə 5 mərhələdə - rayon (şəhər), zona və ümumrespublika yarışları mərhələsində təşkil olunur. Zona yarışlarında qalib gəlmiş komandalar Ümumrespublika final yarışlarında iştirak edirlər. Builki Ümumrespublika birinciliyində 12 rayon və şəhərin komandaları mübarizə aparır.

"Gənc xilasedici” VII Beynəlxalq yarışında isə Azərbaycan, Türkiyə, Rusiya (Moskva və Ufa), Belarus, Pakistan, Qətər, Gürcüstan, Rumıniya, Ukrayna, Serbiya, Bolqarıstan komandaları qüvvələrini sınayır. Yarışlar iyunun 30-dək davam edəcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM