24 Iyun 2019 17:31
407
SİYASƏT
A- A+

BMT-nin Dövlət Xidmətləri Forumu işini seminarlarla davam etdirib


"Heç kim kənarda qalmadan inklüziv və bərabər xidmətlərin göstərilməsi”


Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu işini paralel seminarlarla davam etdirib.

AZƏRTAC xəbər verir ki, "Heç kim kənarda qalmadan inklüziv və bərabər xidmətlərin göstərilməsi” mövzusunda keçirilən birinci seminarda inklüziv və bərabər xidmətlərin göstərilməsi məsələləri araşdırılıb.

Seminarda çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib ki, uzun illərdir davamlı inkişaf edən Azərbaycan bu sahədə böyük təcrübə əldə edib. Kənd təsərrüfatı hazırda Azərbaycan Hökuməti üçün qabaqcıl sahələr sırasındadır. Yeni-yeni inkişaf üsullarını, müxtəlif dəstək mexanizmlərini tətbiq etməyə, hazırda vergidən azad olunmuş kənd təsərrüfatına subsidiyalar ayırmağa çalışırıq. Məqsədimiz kənd təsərrüfatını şəffaf, sadə, səmərəli hala gətirməkdir.

BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin Dövlət xidmətlərində innovasiyalar bölməsinin direktoru Con-Meri Kauzya, Özəl Universitetlər Assosiasiyasının vitse-prezidenti Eko Sri Margianti, Ekseter Universitetinin Beynəlmiləlləşdirmə və inkişaf fakültəsinin dekan müavini Endryü Massey Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında əsas rolun səmərəli şəkildə yerinə yetirilməsi məqsədilə dövlət xidmətlərinin hansı transformasiyanı keçməli olması, bu transformasiyanın necə həyata keçirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

Seminar "Heç kim kənarda qalmadan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün transformasiya”, "Transformasiyanı stimullaşdırmaq üçün nə lazımdır?" və "Transformasiya fəaliyyətdə" adlı sessiyalarla davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video