Alternative content

11:58 18 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Efiopiyada dövlət çevrilişi cəhdinin qarşısı alındı
Efiopiyada dövlət çevrilişi cəhdinin qarşısı alındı
ANA SƏHİFƏ / DÜNYA
17:28 24.06.2019


Efiopiyanın Baş naziri Abiy Əhməd əhalinin sayına görə ölkənin ikinci regionunda – Amxara ştatında dövlət çevrilişi cəhdi barədə məlumat vermişdir. Onun dediyinə görə, çevrilişin qarşısını almaq mümkün olmuşdur. Bu barədə "Alman dalğası” radiostansiyası xəbər verir.

Məlumata görə, baş vermiş hadisə nəticəsində Amxara hökumətinin başçısı Əmbəhya Mekonnen və onun müşaviri həlak olmuşlar. Bundan sonra paytaxt Əddis-Əbəbədə Efiopiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Seare Mekonnen öz cangüdəni tərəfindən güllələnmişdir. Hazırda cangüdən həbsdədir.

Baş nazirin mətbuat katibi Niqussu Tilaxun bildirmişdir ki, bu iki hücum bir-biri ilə əlaqəlidir. Qiyam iştirakçılarının əksəriyyəti həbs olunmuşdur. Daha bir neçə adam axtarışdadır.

Yerli KİV-in xəbərinə görə, çevrilişin arxasında Amxara təhlükəsizlik xidmətinin başçısı, ordu generalı Asamniu Sige dayanır. 2018-ci ilədək Sige doqquz il həbs cəzası çəkmişdir. O, ölkədə çevriliş planı hazırlamaqda şübhəli bilinirdi. Ötən il Sige amnistiya ilə azadlığa buraxılmışdır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM