24 Iyun 2019 17:28
923
DÜNYA
A- A+

Praqada 250 min nəfər Baş nazirin istefasını tələb edir


Çexiyanın Baş naziri Andrey Babişə qarşı kütləvi etiraz aksiyalarında iştirak edənlərin sayı getdikcə artır. Aksiyanın təşəbbüskarı, "Demokratiya uğrunda milyon an” vətəndaş birliyinin rəhbərliyi bildirmişdir ki, hökumət başçısının istefası tələbi ilə Praqa küçələrinə 250 mindən 300 min nəfərədək adam çıxmışdır.

Sabah Çexiya parlamentində Babişə etinadsızlıq barədə səsvermə keçiriləcək. Müxalifət uğur şansının az olduğunu etiraf etsə də, "mənəvi jest”in əhəmiyyətini vurğulayır.

Hökumət başçısı, keçmiş sahibkar Andrey Babişə qarşı kütləvi etiraz aksiyaları aprelin axırlarında başlamışdır. O, Avropa İttifaqının (Aİ) subsidiyalarını "Agrofert” holdinqinin xeyrinə bölüşdürməklə dələduzluqda ittiham olunur.

Subsidiyalar kiçik müəssisələrin dəstəklənməsi üçün nəzərdə tutulmuşdu. Multimilyarder Babiş maraqlar münaqişəsini təkzib edir və işi siyasi motivli sayır. Eyni zamanda o, danışıqlar barədə təklifləri rədd edir.

Bir müddət əvvəl Çexiya KİV-i Avropa Komissiyasının audit hesabatını dərc etmişdir. Hesabatdan məlum olmuşdur ki, Aİ Baş nazirlə əlaqəli firmalara subsidiya kimi verilmiş 17,4 milyon avronu qaytarmağı tələb edə bilər. Hesabatı tənqid edən Babiş bildirmişdir ki, sənəddə ona "hücum əlamətləri” var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video