24 Iyun 2019 17:06
594
DÜNYA
A- A+

Türkiyədə dörd təhlükəli terrorçu məhv edilib


Türkiyənin təhlülkəsizlik qüvvələri ölkənin Tunceli vilayətinin mərkəzi bölgələrində "Yavuz Sonat Güzel-365” şərti ad altında uğurlu antiterror əməliyyatı keçirib.

AZƏRTAC xəbər verir ki, son iki gündə davam edən bu əməliyyatda "Hakkı Çemişgezek" ləqəbli Cihan Çelebi, "Sidar" ləqəbli Mazlum Atar, "Adnan Piro" ləqəbli Mahmut Alınbay və "Rızgar" ləqəbli Abdulkerim Avras məhv edilib. Öldürülən terrorçulardan dördü də Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olub. Cihan Çelebinin ələ keçirilməsi üçün 600 min lirə (təxminən 106 min ABŞ dolları), digərlərinin tapılmasına isə 300 min lirə (təxminən 53 min ABŞ dolları) vəsait ayrılmışdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video