Alternative content

12:43 23 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:29 23.10.2019 Diplomatik zərbə
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın Energetika naziri Sankt-Peterburqda rusiyalı həmkarı ilə görüşüb
Azərbaycanın Energetika naziri Sankt-Peterburqda rusiyalı həmkarı ilə görüşüb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
17:05 24.06.2019

Nazir Pərviz Şahbazov Dünya Neft Şurasının 6-cı Gənclər Forumunda çıxış edib


Energetika naziri Pərviz Şahbazov Sankt-Peterburqda Dünya Neft Şurasının təşkilatçılığı və Rusiyanın Energetika Nazirliyinin dəstəyi ilə keçirilən 6-cı Gənclər Forumunda iştirak edib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, forumda "Enerji transformasiyası, gələcəyin enerji xəritəsi” mövzusunda çıxış edən nazir enerji transformasiyasının əsas hərəkətverici qüvvələri kimi bərpaolunan enerji və enerji səmərəliliyi üzrə dünyada müşahidə olunan tendensiyalar, ölkəmizdə həyata keçirilən tədbirlər, qarşıya qoyulan hədəflərdən danışıb. Enerji transformasiyasını zəruri edən amillərdən bəhs edən Energetika naziri enerji, siyasi və ekoloji təhlükəsizliklə bağlı məsələlərin ənənəvi enerji resursları ilə müqayisədə bərpaolunan enerjinin rolunu artırdığını, enerji səmərəliliyinin enerjiyə tələbatla iqtisadi artım arasındakı ənənəvi əlaqəyə yeni məzmun gətirdiyini qeyd edib. O, enerjiyə çıxışı olmayan ölkələr kimi neft ölkələri üçün də enerjidə alternativ həllərin aktual olduğunu söyləyib.

Nazir deyib ki, hazırda neftin qiymət tərəddüdləri ilə yanaşı, istixana qazlarının atmosferə atılması da azalmaq əvəzinə artır. Son illərdə aşağı karbonlu enerjiyə keçiddə təbii qazın rolu güclənir, lakin burada da enerji təhlükəsizliyi, mənbə və marşrutların şaxələndirilməsi kimi məsələlər ön plana çıxır. Dünya enerji sisteminin bugünkü bu reallığında isə məhz bərpaolunan enerji hər kəsə öz enerji və ekoloji təhlükəsizliyini təmin etməyə imkan yaradan universal bir mənbə kimi çıxış edir.

"Karbohidrogenlərdən fərqli olaraq hər yerdə bu potensial var. Bu potensialdan istifadə etməklə hər bir ölkə enerji ölkəsinə çevrilə və enerji müstəqilliyini əhəmiyyətli dərəcədə artıra bilər. Eyni zamanda, ətraf mühitin çirklənməsinə qarşı etibarlı müdafiə təmin edilə bilər”, - deyə nazir bildirib.

Çıxışda qeyd olunub ki, hazırda dünya üzrə enerji istehlakında ənənəvi enerji resurslarının 84,7 faizlik payı ilə müqayisədə hidroenerji daxil olmaqla bərpaolunan enerji mənbələrinin payı 10,9 faizdir. Bununla belə son illər bərpaolunan enerji ilə bağlı inkişaf yüksələn xətt üzrə gedir və xərclərin sürətlə azalması ilə bərpaolunan enerji mənbələrinin rəqabət qabiliyyətinin artması, eləcə də texnologiyalar bu prosesə dəstək verir.

"Qlobal enerji transformasiyası 21-ci əsrin geosiyasi xəritəsinin yenidən tərtibində mühüm rol oynayacaq. Bu xəritə yüz ildən artıq bir müddətdə mövcud olan və ənənəvi enerji əsasında formalaşmış geosiyasi xəritədən çox fərqlənəcək”, - deyə P.Şahbazov əlavə edib.

Nazir dünyanın enerji xəritəsinin tərtibində Azərbaycanın roluna da toxunub, Cənub Qaz Dəhlizinin qitənin dekarbonizasiyasına verəcəyi töhfəni və ölkənin energetika sektorunda aparılan islahatların mühüm bir hissəsi kimi bərpaolunan enerji, enerji səmərəliliyi sahələrində görülən işləri də diqqətə çatdırıb.

Forum çərçivəsində P.Şahbazov Rusiyanın Energetika naziri Aleksandr Novakla da görüşüb. Görüşdə iki ölkə arasında enerji əməkdaşlğının elektroenergetika, neft-qaz istiqamətləri üzrə məsələlər müzakirə edilib. Həmçinin "OPEC plus” əməkdaşlıq formatı çərçivəsində məsləhətləşmələr aparılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM