15:11 28 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan və Avstriya prezidentlərinə minnətdarlıq məktubu ünvanlayıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:59 24.06.2019

Xəbər verildiyi kimi, iyunun 19-da Avstriyanın paytaxtı Vyana şəhərində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin, Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzinin və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans keçirilib. Təşkilat Komitəsinin sədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin baş katibi Şeyxülislam Allahşükür Paşazadə tədbirin yüksək səviyyədə keçirilməsinə xüsusi diqqət göstərdiklərinə görə beynəlxalq konfransın iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellenə minnətdarlıq məktubu ünvanlayıb. AZƏRTAC-ın təqdim etdiyi məktubda deyilir:

"Avstriya Respublikasının paytaxtı Vyana şəhərində keçirilən "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfransın iştirakçıları, 30-a yaxın ölkəni təmsil edən dövlət, elm və din xadimləri, 20-dən çox beynəlxalq təşkilatın nümayəndələri və digər mötəbər qonaqlar adından bu tədbirin yüksək səviyyədə keçirilməsinə xüsusi diqqət göstərdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada islamofobiya, antisemitizm, xristianofobiya hallarının müşahidə olunduğu, terrorizm, separatçılıq, dini radikalizm kimi bəşər sivilizasiyasını təhdid edən hadisələrin yaşandığı bir zamanda Azərbaycanın dünyaya təqdim etdiyi multikulturalizm və tolerantlıq modelinə, sivilizasiyalararası əməkdaşlığa böyük ehtiyac vardır. Avropanın mərkəzi dövlətlərindən sayılan Avstriya Respublikası tərəfindən bu qlobal təşəbbüsün dəstəklənməsi olduqca təqdirəlayiqdir. "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfransın gedişatı bir daha sübut edir ki, müasir dünyada humanist ideyaların təşviqi və multikultural həyat tərzinin təbliği baxımından önəm kəsb edən, bəşəriyyətin sabitliyinə xidmət edən belə ali forumların davamlı keçirilməsi olduqca aktual və zəruridir.

Konfransın mötəbər qonaqları, dini qurumların və beynəlxalq təşkilatların rəhbərləri dinlər, konfessiyalar və sivilizasiyalararası dialoqa, multikulturalizm və tolerantlıq ənənələrinə xüsusi əhəmiyyət verən Avstriya və Azərbaycan dövlətinin rolunu yüksək qiymətləndirirlər. Əminik ki, konfransın ali məqsədi olan bəşəri həmrəylik ideyası sivilizasiyalararası dialoqun inkişafına, qarşılıqlı anlaşma və dostluq kimi bəşəri dəyərlərin təşviqinə və təkamülünə öz töhfəsini verəcəkdir.

Uca Yaradan hər zaman yardımçınız olsun! Amin.

"Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfransın iştirakçıları adından dərin hörmət və ehtiramla,

Şeyxülislam Allahşükür Paşazadə

Təşkilat Komitəsinin sədri,

Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin baş katibi”


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM