24 Iyun 2019 16:48
510
SİYASƏT
A- A+

BMT Baş katibinin müavini: “ASAN xidmət” modeli digər ölkələr üçün gözəl nümunədir


Azərbaycanın "ASAN xidmət” modeli digər ölkələr üçün gözəl nümunədir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumunda iştirak edən BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin deyib.

Liu Cenmin BMT-nin Dövlət Xidmətləri Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib. O, bu forumun dövlət xidmətlərinin təşviqi baxımından əhəmiyyətli rol oynadığını qeyd edib, Azərbaycanda fəaliyyət göstərən "ASAN xidmət” mərkəzlərinin işini yüksək qiymətləndirib. Bu xidmətlər vasitəsilə vətəndaşlarla məmurlar arasında asan və rahat ünsiyyətin təmin olunduğunu deyib.

"BMT Azərbaycanın uğurlu ASAN modelini yüksək qiymətləndirir. "ASAN xidmət”in təklif etdiyi səmərəli dövlət xidmətləri, innovativ transformasiya vasitəsilə 2030-cu il üçün dayanıqlı inkişaf məqsədlərinə nail olunması baxımından mühüm rol oynayır. Bu xidmətin nəticəsi olaraq formalaşmış dövlət-vətəndaş münasibətləri digər ölkələr üçün gözəl nümunədir”, - deyə BMT Baş katibinin müavini vurğulayıb.

Liu Cenmin BMT-nin 2030-cu il dayanıqlı inkişaf məqsədlərinə çatmaq istiqamətində Azərbaycanın bütün səylərini dəstəkləyəcəyini və ölkəmizlə əməkdaşlıq etmək əzmində olduğunu bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video