Alternative content

14:23 18 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikası Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada səfərdədir
Azərbaycan Respublikası Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada səfərdədir
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:48 24.06.2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Baş Prokurorluq bir sıra ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları, eləcə də beynəlxalq təşkilatlarla işgüzar əlaqələr və dostluq münasibətlərinin qurulması sahəsində səmərəli fəaliyyətini davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkələrimizin prokurorluq orqanları arasında ənənəvi tərəfdaşlıq münasibətlərinin və hüquqi əlaqələrin möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Rusiyalı həmkarı Yuri Çaykanın dəvətilə iyunun 24-də rəhbərlik etdiyi nümayəndə heyəti ilə Rusiyanın paytaxtı Moskva şəhərinə rəsmi səfər edib.

Səfər çərçivəsində Rusiyanın Baş prokuroru Yuri Çayka ilə keçirilmiş görüşdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi xüsusilə qeyd olunub.

Dövlətlərimiz və xalqlarımız arasında zəngin tarixə malik və ildən-ilə daha da dərinləşən münasibətlərin, o cümlədən hüquqi sahədə əlaqələrin getdikcə inkişaf etdiyini qeyd edən Baş prokuror Z.Qaralov Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsindən qaynaqlanan və rəhbərliyi ilə ardıcıl olaraq bütün sahələrdə olduğu kimi, sosial-iqtisadi sahədə və məhkəmə-hüquq sistemində aparılan islahatlar, o cümlədən səmərəli dövlət idarəetməsi, əhalinin həyat səviyyəsinin və sosial rifahının yüksəldilməsi üzrə tədbirlər və əldə olunmuş nailiyyətlərdən geniş danışıb. Baş prokuror ötən illər ərzində prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi, gənc hüquqşünaslardan ibarət kadr korpusunun formalaşdırılması istiqamətində aparılan mütərəqqi işlər, korrupsiya ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi üçün digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqələr barədə həmkarına məlumat verib.

Görüşdə Azərbaycanın və Rusiyanın Baş prokurorluqları arasında tərəf dövlətlərin qanunvericilikləri və tətbiq edilən beynəlxalq müqavilələr rəhbər tutularaq "Əməkdaşlıq haqqında” Saziş imzalanıb.

Sonra Baş prokuror Z.Qaralov möhkəm dostluğa, mehriban qonşuluğa, etibarlı tərəfdaşlığa və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan Azərbaycan-Rusiya əlaqələrinin bir çox sahələrdə olduğu kimi özünü hüquq-mühafizə sahəsində də büruzə verdiyini vurğulamış, Azərbaycan və Rusiya Baş prokurorluqları arasında izmalanmış Sazişin əlaqələrin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm sənəd olacağına və yeni perspektivlər üçün əlverişli zəmin yaradacağına əminlik ifadə edib.

Rusiyanın Azərbaycan ilə hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verdiyini deyən Yuri Çayka imzalanmış sənədin iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı əlaqələrin inkişafına təkan verəcəyinə əminliyini bildirərək münasibətlərin daha da dərinləşdirilməsi üçün böyük perspektivlərin olduğunu qeyd edib.

Görüşdə cinayətkarlığın müxtəlif təzahürlərinə, o cümlədən terrorçuluq, korrupsiya, iqtisadiyyat və yüksək texnologiyalar sahəsində cinayətlərlə mübarizə sahəsində əməkdaşlıq haqqında danışılıb, ölkələrimizin vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, hüquqi yardım, təlim səfərləri, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün yekununda Baş prokuror Zakir Qaralov Rusiya Federasiyasının Baş prokuroru Yuri Çaykaya Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli Qanunu ilə təsdiq olunan "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” yubiley medalını təqdim edib.

Görüşdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu da iştirak edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM