Alternative content

18:06 23 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nicat Hacızadə: Minimum əməkhaqqının artımı ölkədə iqtisadi aktivliyə müsbət təsir göstərəcək
Nicat Hacızadə: Minimum əməkhaqqının artımı ölkədə iqtisadi aktivliyə müsbət təsir göstərəcək
ANA SƏHİFƏ / İQTİSADİYYAT
16:44 24.06.2019

Prezident İlham Əliyevin 2018-ci ildə prezident seçilməsindən sonra islahatlar daha da dərinləşib, iqtisadi blokda institutsional və şəffaflaşdırma islahatları aparılıb. "Dövlət sahibkarın ən yaxın tərəfdaşıdır” ideyasını rəhbər tutaraq fiskal institutların inzibatçılığının müasir tələblərə uyğunlaşdırılması, vergi yoxlamalarının azaldılması, uçotun təkmilləşdirilməsi və şəffaflaşdırılması, "kölgə iqtisadiyyatı”nın azaldılması istiqamətində sahibkarlarla partnyorluq prinsipləri əsasında birgə fəaliyyətin aparılması, idxal əməliyyatlarında elektronlaşma, bəyanetmələrinin dürüstləşdirilməsi və yayınma hallarına qarşı mübarizə, dövlət xidmətlərinin elektronlaşdırılması və rəqəmsallaşması dövlət büdcəsinə daxil olmaların proqnozdan daha çox icra edilməsinə şərait yaradıb. Qeyd olunan islahatlar Prezident İlham Əliyevin siyasi iradəsi və liderliyi əsasında həyata keçirilib.

Bu sözləri AZƏRTAC-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təmsilçisi Nicat Hacızadə deyib.

O bildirib ki, bunun bariz nümunəsini bu ilin ilk rübünün nəticələrində müşahidə etmək mümkündür. Vergilər Nazirliyi tərəfindən birinci rübdə ötən ilin eyni dövrü ilə müqayisədə 236,4 milyon manat və ya 16,5 faiz, Dövlət Gömrük Komitəsi tərəfindən keçən ilin müvafiq aylarına nisbətən 39,5 faiz və yaxud 287,1 milyon manat daha çox dövlət büdcəsinə vəsait təmin edilib. Dövlət büdcəsindən sosialyönümlü xərclər də artıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 faiz və ya 343,2 milyon manat çoxdur. Bütün bunlar əhalinin sosial rifahının təmin edilməsi üçün zəmin və potensial yaradır. Aparılan islahatlar nəticəsində əldə olunan vəsaitlərin artımı dövlət büdcəsində maliyyə mənbəyi formalaşdırıb, həm dövlət investisiyaları, həm də əhalinin maddi təminatının daha da yaxşılaşdırılması istiqamətində xərclənməsi üçün potensial şərait yaranıb.

N.Hacızadə qeyd edib ki, Prezident İlham Əliyev seçkilər ərəfəsində xalqın sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində verdiyi vədlərə müvafiq olaraq, cari ildə 2 dəfə minimum əməkhaqqını artıraraq bir daha hər bir azərbaycanlının prezidenti olduğunu sübut etdi. Minimum əməkhaqqının artımı 950 minədək vətəndaşı əhatə edəcək. Sözügedən vətəndaşların 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. Qeyd olunan artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, cari il (sentyabr-dekabr) üzrə 245 milyon əlavə vəsaitin ayrılması təmin olunacaq. İki dəfədəyək artırılan minimum əməkhaqqı əhalinin alıcılıq qabiliyyətinə, o cümlədən iqtisadiyyatda fəallığı və dinamikliyi artıracaq. Nəzəri cəhətdən bu, məcmu tələbin artması ilə müşahidə olunacaq, biznes subyektlərinin istehsal fəaliyyətini stimullaşdıraraq keyfiyyət artımına təsir edəcək.

"Bundan əlavə, bazar münasibətləri şəraitində rəqabətli mühitin formalaşdığı sahibkarlıq sahəsində inhisarçılıq meyillərinə qarşı daima mübarizə tədbirləri aparılır. Prezident İlham Əliyevin təbirincə desək fürsətdə istifadə edən möhtəkirlərə və süni qiymət artımına yol verən şəxslərə qarşı mübarizə tədbirləri görülür və hər zaman görüləcək”, - deyə o əlavə edib.

Qeyd edib ki, artım təkcə, minimum əməkhaqqı ilə yekunlaşmır. Prezident İlham Əliyevin dövlətə məxsus təhsil müəssisələrində müəllimlərin əməkhaqqının artırılması, o cümlədən müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncamlarında 20 faizlik artım ümumilikdə 160 minədək müəllimi əhatə edir ki, bu da onların orta aylıq əməkhaqqının 605 manata çatmasına şərait yaradır.

"Sözügedən artımın təsirləri Azərbaycanın beynəlxalq hesabatlarda imicinə də müsbət təsirlərini göstərəcək və ölkəmizdə həyat səviyyəsinin artımı kimi qeyd olunacaq. Bütün bunlar da sahibkarlıq subyektlərinin investisiya qoyma meyillərinə müsbət təsir göstərəcək, onları həmin fəaliyyətə təşviq edəcək. Bunun əsas səbəbi, rəqabətli mühit şəraitində muzdlu işçilərin əməkhaqqının aşağı həddinin 250 manatdan başlanılması və buna müvafiq olaraq bazarda tələbin artmasına şərait yaradacaq. Xüsusilə, beyin mərkəzləri, QHT-lər və müstəqil ekspertlər tərəfindən mütəmadi izlənilən "İnklüziv İnkişaf İndeksi”ndə Azərbaycanın mövqelərinin möhkəmlənməsini proqnoz etmək mümkündür. Xüsusilə, əsas indikator sayılan "İnklüzivlik” indikatoru əhali arasında təbəqələşmənin səviyyəsi, yoxsulluğu, fiziki şəxslər və ev təsərrüfatlarının gəlirlərin bölgüsünü (CİNİ – xalis gəlirlər) təyin edir. Hesabata əsasən, sözügedən indikator üzrə ölkəmizin əldə etdiyi qiymətləndirmə nəticələri digər inkişaf etməkdə olan ölkələrindən daha yaxşıdır. Hesabatın metodologiyasına əsasən, CİNİ əmsalı sub-indikatoru 0-100 bal arasında dəyişir ki, 0 bal olduqda əhali arasında bərabərlik ən yüksək səviyyədə olması, 100 bal olduqda isə əhali arasında bərabərsizliyin ən yüksək səviyyədə olması kimi qiymətləndirilir. Sub-indikatorun hesablanması fiziki şəxslər və ev təsərrüfatlarında çalışan insanlar arasında gəlirlərin (vergi və köçürmədən sonra) bərabər və ədalətli şəkildə bölünməsini özündə ehtiva edir. Digər sub-indikator olan yoxsulluq üzrə də ölkəmizin mövqeyi yüksəkdir. Bu indikatorun ölkədə əhalinin neçə faiz hissəsinin 3 dollardan daha aşağı gəlir əldə etməsini təyin edir ki, həmin faiz dərəcələri ilə yoxsulluq göstəriciləri üzrə ölkələr sıralanır. Azərbaycan hesabatda orta-yüksək gəlirli ölkələr sırasına daxil olaraq bütün MDB ölkələrini qabaqlayır. İnklüzivlik göstəricisinin sonuncu sub-indikatoru median gəliri indikatoru adlanır. Bu indikator özündə makroiqtisadi parametrləri cəmləşdirir. Belə ki, sub-göstəricisinin hesablanmasında əsas məqsəd ölkədə əhalinin alıcılıq qabiliyyətinin hesablanması və müvafiq olaraq qiymətləndirilməsidir. Qeyd olunan artımdan sonra isə Azərbaycanın mövqelərinin daha da yüksəlməsi proqnozlaşdırılır”, - deyə N.Hacızadə vurğulayıb.

Əlavə edib ki, Azərbaycan minimum əməkhaqqı üzrə MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə 2-ci yerdə qərarlaşacaq. Sosial islahat paketi cəmiyyətin əksər təbəqələrinə göstərəcəyi təsirlərlər, obyektiv əsaslarla çalışan beynəlxalq təşkilatların da qiymətləndirmələrində öz əksini tapacaq.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM