24 Iyun 2019 16:36
403
SİYASƏT
A- A+

AŞPA-nın yay sessiyası işə başlayıb


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi sessiyanın ilk günündə Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə alt komitəsinin "Avropada məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” adlı 2214 saylı qətnaməsinə dair dinləmələr keçiriləcək. Dinləmələrdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxış edəcək.

Sessiya çərçivəsində iyunun 25-də 5 ildir ki, Ermənistan tərəfindən girov götürülmüş mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsinə həsr edilmiş dinləmələr olacaq.

Yay sessiyasında səlahiyyətlər və səsvermə ilə bağlı qərar qəbuletmə prosesinə dair müzakirələr diqqət mərkəzində olacaq. Həmçinin 70 illik yubileyini qeyd edən Avropa Şurasının yeni Baş katibi seçiləcək, Fransanın Avropa işləri üzrə dövlət katibi Nazirlər Kabinetinin məlumatını təqdim edəcək. Bundan başqa, Portuqaliyanın Prezidenti Marselo Rebelo de Susanın çıxışı gözlənilir.

Yay sessiyasında qadınlara, uşaqlara qarşı zorakılıqla mübarizəyə, gender bərabərliyinə dair birgə müzakirələr aparılacaq. Uşaq alverinə, onların cinsi istismarına dair BMT-nin xüsusi məruzəçisinin hesabatı dinləniləcək.

Həmçinin Suriyadakı vəziyyət, Bolqarıstanla monitorinq sonrası dialoq, eləcə də Avropa Şurasının büdcəsi məsələlərinin müzakirəsi gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video