24 Iyun 2019 15:44
409
SİYASƏT
A- A+

Azərbaycanın və Monteneqronun Baş nazirlərinin görüşü olub


Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun iyunun 24-də Monteneqronun Baş Naziri Duşko Markoviç ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və Monteneqronun Baş nazirlərinin təkbətək görüşü keçirilib.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Baş Nazir Novruz Məmmədov Azərbaycan-Monteneqro dostluq əlaqələrindən danışaraq ölkələrimiz arasında çox yaxşı münasibətlərin qurulduğunu vurğulayıb. "Azərbaycan hər zaman Monteneqro ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Hesab edirəm ki, münasibətlərimizin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin xüsusi rolu var. Əlbəttə, bu səfərlərin, aparılan danışıqların nəticəsidir ki, bu gün ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif istiqamətlərində, o cümlədən qarşılıqlı investisiyaların qoyuluşu sahəsində səmərəli əməkdaşlıq mövcuddur. Biz gələcəkdə bu əlaqələri daha da genişləndirməliyik. Sizin səfəriniz də bu münasibətlərin inkişafına öz müsbət töhfəsini verəcək”, - deyə Novruz Məmmədov vurğulayıb.

Azərbaycanın Dağlıq Qarabağ regionunun və onun ətrafında yerləşən 7 rayonun uzun illərdir erməni işğalı altında olduğunu bildirən Novruz Məmmədov qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Ölkəmizə səfərindən məmnunluğunu bildirən Baş Nazir Duşko Markoviç Azərbaycan ilə Monteneqro arasında çox yaxşı münasibətlərin mövcud olduğunu vurğulayıb. "Monteneqro kiçik ölkədir. Bizim bir çox ölkələrlə dostluq əlaqələrimiz var. Bu münasibətlərin bəziləri, o cümlədən Azərbaycan ilə əlaqələr bizim üçün xüsusi əhəmiyyət daşıyır”,- deyə Duşko Markoviç vurğulayıb.

Görüşdə enerji, turizm, tikinti, nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

x x x

İyunun 24-də Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun adından Monteneqronun Baş Naziri Duşko Markoviçin şərəfinə rəsmi nahar verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video