Alternative content

15:22 19 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:28 19.07.2019 Böyük islahatlar ili
00:26 19.07.2019 İpək kimi
00:24 19.07.2019 Bakıda idman bayramı
00:22 19.07.2019 Yollar yenidən qurulur
00:21 19.07.2019 Hər uşaq bir ümiddir
00:16 19.07.2019 Hicran yaşı...
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Texasda avtomobildə qalan iki uşaq istidən həlak olub
Texasda avtomobildə qalan iki uşaq istidən həlak olub
ANA SƏHİFƏ / DÜNYA
14:22 24.06.2019

ABŞ-ın Texas ştatında iki azyaşlı valideynləri tərəfindən onları avtomobildə qoyub getmələri səbəbindən ölüblər.

AZƏRTAC Qalveston şəhər polisinin məlumatına istinadla xəbər verir ki, bir yaşlı körpənin atası, restoranda işləyən Abner Penya uşağı maşında qoyub özü işə gedib. Körpə 5 saat günəş altında qızan avtomobilin içərisində qalıb. A.Penya uşağı həmin vəziyyətdə görəndə küçədə havanın temperaturu 33 dərəcə idi. Körpə Qalvestonda Texas Universitetinin tibb şöbəsinə çatdırılıb, orada onun artıq ölü olduğu müəyyən edilib. Hələ ki, valideynlərə qarşı ittiham qaldırılmayıb. Təhqiqat davam etdirilir.

İkinci ölüm hadisəsində isə Obri şəhərində, Dallasdan təxminən 75 kilometr şimalda 4 yaşlı uşaq həlak olub. O, ailə üzvlərinin biri tərəfindən avtomobildə çox ağır vəziyyətdə tapılıb və Dallasda yerləşən tibb mərkəzinə çatdırılıb. Yerli KİV-lərin məlumatına görə, körpə xəstəxanada keçinib. Uşaq aşkar ediləndə havanın temperaturu 37 dərəcə olub. Onun avtomobildə hansı müddət olması barədə hələ ki, məlumat verilmir. "Morning News” qəzeti yazır ki, hələlik ittiham qaldırılmayıb, lakin araşdırma davam edir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM