Alternative content

16:22 23 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
02:23 23.07.2019 144 illik şərəfli yol
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qazaxıstanda hərbi hissədə baş verən yanğın səbəbindən şəhər təxliyə edilir
Qazaxıstanda hərbi hissədə baş verən yanğın səbəbindən şəhər təxliyə edilir
ANA SƏHİFƏ / DÜNYA
14:13 24.06.2019

Qazaxıstanın cənubunda yerləşən Türküstan vilayətində hərbi hissədə baş verən yanğın səbəbindən fövqəladə vəziyyət rejimi elan edilib. Arıs şəhərinin təxliyəsinə başlanıb.

AZƏRTAC Kazinform informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə vilayətin rəhbəri Umirzak Şukeev məlumat verib.

"Vilayətdə fövqəladə vəziyyət rejimi elan olunub, bütün rayonlar, yaxınlıqda yerləşən bütün yaşayış məntəqələri səfərbər edilib. İnsidentin miqyasını nəzərə alaraq bütün şəhəri təxliyə etmək məcburiyyətindəyik”, - deyə o bildirib.

Hazırda hərbi hissə yaxınlığındakı evlərin sakinləri təxliyə edilir. Yerli KİV-lər Çımkənd xəstəxanasına artıq ilk yaralıların gətirildiyi barədə xəbər yayıblar.

Ölkənin Müdafiə Nazirliyindən verilən məlumata görə, yerli vaxtla səhər saat 09:20-də Arıs şəhəri yaxınlığında yerləşən silah anbarlarından birində yanğın baş verib, döyüş sursatları partlamağa başlayıb. Yanğının səbəbləri araşdırılır. Qazaxıstanın müdafiə naziri Nurlan Yermekbayev hadisənin baş verdiyi əraziyə yollanıb.

Qeyd edək ki, Arıs şəhərində 44,3 min əhali yaşayır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM