Alternative content

18:08 21 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda Ümumdünya İrs Gənc Peşəkarlar Forumu öz işinə başlayıb
Bakıda Ümumdünya İrs Gənc Peşəkarlar Forumu öz işinə başlayıb
ANA SƏHİFƏ / Mədəniyyət
12:57 24.06.2019

İyunun 24-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Ümumdünya İrs Gənc Peşəkarlar Forumu öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, forum UNESCO-nun Dünya İrs Komitəsinin iyunun 30-dan iyulun 10-dək Bakıda keçiriləcək 43-cü sessiyası çərçivəsində təşkil edilib.

Tədbiri AzMİU-nun rektoru Gülçöhrə Məmmədova açaraq forumun ilk tədbirinin təmsil etdiyi ali təhsil ocağında təşkil olunmasından məmnunluğunu ifadə edərək onun işinə uğurlar arzulayıb.

Forumda sessiyanın keçirilməsi ilə bağlı yaradılmış Təşkilat Komitəsinin sədri, Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, ölkəmizin son illərdə sürətli inkişaf yoluna qədəm qoyması dünya birliyində yüksək qiymətləndirilir. Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirməsi müstəqil dövlətimizin nüfuzundan xəbər verir.

Nazir Azərbaycan-UNESCO münasibətlərinin inkişafında, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əvəzsiz xidmətlərini xüsusi vurğulayıb. Bildirib ki, Dünya İrs Komitəsinin 42-ci sessiyasında Azərbaycan bir il müddətinə komitənin sədri seçilib. Ölkəmiz üçün böyük əhəmiyyətə malik belə bir qərarın qəbul edilməsi UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir.

Diqqətə çatdırılıb ki, iyulun 2-dək davam edəcək Ümumdünya İrs Gənc Peşəkarlar Forumunda dünyanın 30 ölkəsini təmsil edən 30 gənc irs mütəxəssisi iştirak edir. Son illər Dünya İrs Komitəsinin illik sessiyaları çərçivəsində ənənəvi olaraq təşkil olunan Gənc Peşəkarlar Forumunun builki mövzusu "Ümumdünya İrsi: Qlobal Çağırışlar üçün Yerli İdeyalar”a həsr edilib. Forumun ümumi məqsədi XIX əsrdə dünyada irsin idarə edilməsində mövcud problemlər və imkanların üzə çıxarılmasıdır.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxışında işğal olunmuş ərazilərimizdəki zəngin mədəni irs nümunələri barədə məlumat verib və belə tədbirlərin mədəni irsin öyrənilməsi və tanıdılması baxımdan əhəmiyyətini qeyd edib.

Qonaqları tədbir iştirakçılarına təqdim edən Forumun əməliyyat qrupunun rəhbəri, Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə bildirib ki, tədbirin proqramı rəngarəngliyi ilə seçilir. Belə ki, Forumun ilk 4 günü fərqli məkanlarda - Azərbaycan Memarlıq və İnşaat Universiteti, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu və Qəbələ-İsmayıllı-Lahıc bölgəsində baş tutacaq. Əcnəbi və yerli irs ekspertlərinin iştirakı ilə bir sıra təqdimatlar ediləcək, dəyirmi masalar yolu ilə iştirakçılar 1972-ci il Dünya Mədəni və Təbii İrsinin Qorunması ilə bağlı Dünya İrs Konvensiyasına dair praktiki biliklər əldə edəcəklər. Həmçinin Dayanıqlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyinin qlobal konsepsiyaları ilə tanış olacaqlar. Sonda Forum iştirakçıları Dünya İrs Komitəsinin 43-cü sessiyasında öz Bəyannamələrini təqdim edəcəklər.

Tədbirdə Dünya İrs Mərkəzinin direktoru Meştild Roslerin iştirakçılara videomüraciəti olub.

Sonra Mədəniyyət Nazirliyi ilə AzMİU arasında təhsil, innovasiya, elm, ixtisasartırma və məşğulluq sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM