Alternative content

18:06 23 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sabir Cəfərov erməniyə qalib gələrək çempion olub
Sabir Cəfərov erməniyə qalib gələrək çempion olub
ANA SƏHİFƏ / İDMAN
09:34 24.06.2019

İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı sona çatıb.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, altıncı yarış günündə 45, 51, 60, 71 və 92 kq-da güləşçilər mübarizəyə qoşulub.

İlk mərhələdə Rusiya güləşçisi ilə qarşılaşan Murad Haqverdiyev (45 kq) əzmkar qələbəyə sevinib. Dörddəbir finalda Moldova təmsilçisini çətinlik çəkmədən üstələyən təmsilçimiz adını yarımfinala yazdırıb. Türkiyə güləşçisi ilə görüş gərgin mübarizə şəraitində keçib. Son saniyələrdə uğurlu fəndi icra edən M.Haqverdiyev finala vəsiqə qazanıb. Həmyerlimiz iyunun 23-də baş tutan həlledici görüşdə gürcü rəqibinə uduzaraq gümüş medalla kifayətlənib.

Kənan Heybətov (51 kq) ilk mərhələdə Fransa təmsilçisinə aman verməyib. Həmyerlimiz daha sonra Türkiyə güləşçisinə vaxtından əvvəl qalib gəlib. İtaliya təmsilçisi də K.Heybətov qarşısında duruş gətirməyib. Ancaq yarımfinalda ukraynalı rəqibinə qalib gələ bilməyib. Bununla belə, Belarus təmsilçisinə ilk hissədə qalib gələn K.Heybətov Avropa üçüncüsü olub.

Sabir Cəfərov (60 kq) debütdə Polşa idmançısı üzərində erkən qələbə qazanıb. Ardınca Belçika nümayəndəsini yolundan kənarlaşdıran yığma üzvü dörddəbir finalda almaniyalı həmkarına da göz açmağa imkan verməyərək yarımfinala yüksəlib. Rumıniya güləşçisinə də rahat qalib gələn S.Cəfərov finalda güləşməyə haqq qazanıb. İyunun 23-də prinsipial qarşılaşmaya çıxan S.Cəfərov erməni güləşçi üzərində 6:1 hesablı parlaq qələbə ilə Avropa çempionu olub.

Məhəmmədəli Əliyev (71 kq) yarışa Polşa idmançısı üzərində inamlı qələbə ilə başlayıb. Ancaq səkkizdəbir finalda Rumıniyadan olan rəqibi ilə bacarmayıb.

Saqadulla Ağayev (92 kq) ilk mərhələdə mübarizəni dayandırıb. Ancaq rəqib finala yüksəldiyi üçün təmsilçimiz iyunun 23-də təsəlliverici görüşlərə çıxıb. S.Ağayev əvvəlcə yunan həmkarına vaxtından əvvəl qalib gəlib. Daha sonra bolqar rəqibinə eyni aqibəti yaşadan S.Ağayev bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. Son görüşdə Makedoniya təmsilçisini də rahat üstələyən S.Ağayev bürünc medalı boynundan asıb.

Beləliklə, sərbəst güləş yığmamız qitə birinciliyini 7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) başa vurub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM