Alternative content

16:26 23 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
02:23 23.07.2019 144 illik şərəfli yol
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İstanbulda səsvermənin ilkin nəticələri açıqlanıb
İstanbulda səsvermənin ilkin nəticələri açıqlanıb
ANA SƏHİFƏ / DÜNYA
21:15 23.06.2019

İyunun 23-də İstanbul Böyükşəhər bələdiyyəsi sədri vəzifəsinə keçirilən təkrar səsvermə ilə bağlı ilkin nəticələr açıqlanmaqdadır. Nəticələrə görə, namizəd Əkrəm İmamoğlu səsvermədə iştirak edənlərin təxminən 50-53 faizinin etimadını qazanaraq irəlidədir. Bildirilir ki, səsvermədə orta seçici fəallığı 80 faiz civarındadır.

AZƏRTAC xəbər verir ki, əsas mübarizə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, sabiq Baş nazir və Türkiyə Böyük Millət Məclisinin əvvəlki sədri Binəli Yıldırım ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi, İstanbulun Bəylikdüzü bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlu arasında olub.

Qeyd edək ki, televiziya kanallarının yaxın vaxtda seçkiyə dair azad şəkildə verilişlər yaymağa başlayacaqlar.

Türkiyə Ali Seçki Komissiyası tərəfindən günün sonunadək səsvermənin ilkin nəticəsi barədə məlumat veriləcəyi gözlənilir.

Bülletenlərin sayılması davam edir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM