Alternative content

17:45 21 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kambocada binanın çökməsi nəticəsində ölənlərin sayı 18-ə çatıb
Kambocada binanın çökməsi nəticəsində ölənlərin sayı 18-ə çatıb
ANA SƏHİFƏ / DÜNYA
16:34 23.06.2019

Kambocada tikintisi davam edən binanın çökməsi nəticəsində ölənlərin sayı 18-ə, yaralıların sayı isə 24-ə yüksəlib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, sahil şəhəri olan Sihanukvildə iyunun 22-də gecə saat 4:00 radələrində baş verən hadisə nəticəsində bir neçə inşaatçı dağıntı altında qalıb. Qəza baş verən vaxt binanın inşaat işlərinin 80 faizi tamamlanmışdı.

Hadisə yerinə ümumilikdə minə yaxın xilasedici, hərbçi, polis, tibb işçisi, inşaat mütəxəssisi cəlb olunub.

Yerli hakimiyyət orqanlarının yaydığı bəyanatda deyilir ki, dağıntının 40 faizi təmizlənib. Hələlik neçə nəfərin itkin düşdüyü bilinməsə də, tikinti vaxtı binada təxminən 50 nəfərin olduğu ehtimal edilir. Qeyd olunur ki, binanın dəmir konstruksiyası anidən dağılıb.

Polis binanın sahibi, tikintinin rəhbəri, icarəçi və ərazi sahibini ilkin dindirilmə üçün saxlayıb.

Kambocanın Baş Naziri Hun Sen ölənlərin yaxınlarına başsağlığı verib və onların hər birinin ailəsinə 10 min ABŞ dolları dəyərində kompensasiya ödəniləcəyini bildirib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM