Alternative content

00:04 27 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
18:04 26.02.2020 Sükut dəqiqəsi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV II Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançıları ilə görüş keçirilib
II Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançıları ilə görüş keçirilib
ANA SƏHİFƏ / İDMAN
00:48 23.06.2019


İyunun 22-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov, Baş nazirin birinci müavini Yaqub Eyyubov, Heydər Əliyev Fondunun vitse-prezident Leyla Əliyeva, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev və nümayəndə heyətinin digər üzvləri "Minsk 2019” II Avropa Oyunlarında iştirak edən milli komandamızın üzvləri ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, Atletlər Kəndində keçirilən görüşdə nümayəndə heyətinin üzvləri idmançılarla söhbət edib, onlara II Avropa Oyunlarında uğurlar arzulayıblar.

Sonra Atletlər Kəndində yaradılan vəziyyətlə tanışlıq olub.

Atletlər Kəndinin meri, Belarus təhsil nazirinin müavini Sergey Rudıy idmançıların yerləşdirilməsi, yaradılmış şərait barədə məlumat verib. O, Oyunların təşkilində azərbaycanlı mütəxəssislərin də xidmətindən istifadə olunduğunu vurğulayıb.

II Avropa Oyunlarının işıqlandırılması üçün Belarus paytaxtına ezam olunan Azərbaycan jurnalistlərinə müsahibə verən Leyla Əliyeva idmançılarımızın "Minsk 2019”da uğur qazanacaqlarına ümid etdiyini bildirib.

II Avropa Oyunlarının möhtəşəm açılış mərasimi ilə bağlı təəssüratlarını bölüşən Leyla Əliyeva deyib: "Açılış mərasimi əla keçdi. Mərasim təqribən üç saat davam etdi, lakin elə təəssürat yarandı ki, bu, sanki bir anda baş verdi. Belarusun bütün tarixini o qədər böyük sevgi ilə, elə gözəl təqdim etdilər ki, bu tamaşadan göz çəkmək mümkün deyildi. Əlbəttə, düşünürəm ki, bunları görəndən sonra hamı bu ölkəyə daha çox vuruldu”.

Sonda xatirə şəkli çəkdirilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM