Alternative content

12:01 18 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xüsusi təyinatlı təhsil müəssisələri ölkəmizin hərbi təhsil sistemində özünə layiqli yer tutur
Xüsusi təyinatlı təhsil müəssisələri ölkəmizin hərbi təhsil sistemində özünə layiqli yer tutur
ANA SƏHİFƏ / Təhsil
00:40 23.06.2019


İyunun 22-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin məzunlarının növbəti buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində keçirilən mərasimdə Müdafiə Nazirliyinin rəhbərliyi, yüksək rütbəli zabitləri, Ali Hərbi Məktəbin, ictimaiyyətin nümayəndələri, veteranlar, məzunların ailə üzvləri və yaxınları iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestrinin və kursantların ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Mərasimdə çıxış edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov əlamətdar gün münasibətilə gənc zabitləri, onların valideynlərini təbrik edib. Ali Baş Komandan

İlham Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatların nəticəsində bu gün Azərbaycan Ordusunun istənilən döyüş əmrini yerinə yetirməyə tam hazır olduğunu bildirən Nizam Osmanov məzunlara ölkəmizin gələcəyi, ordumuzun, dövlətimizin müdafiə qüdrətinin daha da yüksəldilməsi naminə xidmətlərində uğurlar diləyib. N.Osmanov qeyd edib ki, Azərbaycan Ordusu və xalq arasında sarsılmaz birlik var. Xalq Silahlı Qüvvələrimizi dəstəkləyir və daim öz ordusunun yanındadır.

"Bu gün ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının, silah-sursat arsenalının müasirləşdirilməsi istiqamətində, eləcə də tibb müəssisələrinin müasir avadanlıqla tam təchiz edilməsi, müharibə şəraitində ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün mühüm işlər görülüb. Bütün bu uğurların əldə edilməsində, Silahlı Qüvvələrin müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində Azərbaycanın iqtisadi inkişafı vacib rol oynayır. Beynəlxalq hərbi tədqiqat mərkəzləri də təsdiqləyir ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Azərbaycan bu uğurlara hərbi potensialın gücləndirilməsi, qoşun birləşmələrinin döyüş hazırlığının müasir standartlar səviyyəsində qurulması sayəsində nail olub”, - deyə N.Osmanov deyib.

General-leytenant bildirib ki, cari ilin aprelində Xüsusi Təyinatlı Qüvvələrin döyüş hazırlığı üzrə məşğələlərini izləyən Prezident, Ali Baş Komandan ordumuzun bütün şəxsi heyətinin hazırlıq səviyyəsini və peşəkarlığını yüksək qiymətləndirib. Ordu quruculuğu sahəsində görülən işlər, xüsusilə də silahlanmaya qəbul edilən ən müasir silah və hərbi texnika, o cümlədən yeni texnologiyaların tətbiqi ilə istehsal olunmuş döyüş vasitələri, bölmələrimizin hərtərəfli təchizatı, müntəzəm keçirilən genişmiqyaslı hərbi təlimlər Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksəldir, şəxsi heyətin mənəvi-psixoloji durumuna və döyüş ruhunun yüksəlməsinə müsbət təsir göstərir.

Silahlı Qüvvələrdə digər sahələrlə yanaşı, təhsilin inkişafına da böyük diqqət yetirilir. Xüsusi təyinatlı təhsil müəssisələri uğurlu inkişaf yolu keçərək respublikanın hərbi təhsil sistemində özünə layiqli yer tutur. Xüsusi təyinatlı təhsil müəssisələrinin 2019-cu il buraxılış imtahanlarının nəticələrindən məlum olur ki, ötən illərlə müqayisədə imtahanlarda yüksək nəticə göstərənlərin sayı artıb.

Sonra ali hərbi məktəbi fərqlənmə ilə bitirən məzunlara diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

Məktəbi fərqlənmə ilə bitirən məzunlar üzərində ulduz və aypara təsviri olan emblemləri rəmzi yaş kötüklərinə vurublar.

Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağının təhvil verilməsi və qəbul edilməsi mərasimi olub. Ali Hərbi Məktəbin döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.

Tədbir iştirakçıları diplom və ilk "leytenant” hərbi rütbəsi almaları münasibətilə məzunları təbrik edib, onlara Azərbaycanın gələcəyi, ordumuzun inkişafı, dövlətçiliyimizin müdafiəsi və ölkənin müdafiə qüdrətinin daha da yüksəldilməsi naminə xidmətlərində uğurlar arzulayıblar.

Nümunəvi orkestrin və kursantların ifasında məktəbin marşı ifa edildikdən sonra şəxsi heyət hərbi marşın sədaları altında tribunanın önündən keçib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM