Alternative content

18:07 21 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mən mülki-cahan, cahan mənəm, mən!
Mən mülki-cahan, cahan mənəm, mən!
ANA SƏHİFƏ / Mədəniyyət
00:31 23.06.2019


Mən mülki-cahan, cahan mənəm, mən!


Mən mülki-cahan, cahan mənəm, mən!

Mən həqqə məkan, məkan mənəm, mən!

Mən ərş ilə fərşü kafü nunam,

Mən şərhü bəyan, bəyan mənəm, mən!

Mən kövnü məkanü kün-fəkanam,

Bilgil ki, nişan, nişan mənəm, mən!

Mən surəti-mənidə həqəm həq,

Mən həqqi-əyan, əyan mənəm, mən!

Bir gövhərəmü qədim əzəldən,

Ey gövhəri-kan, kan mənəm, mən!

Mən atəşi-nuri-eşqi-həqqəm,

Musaya zəban, zəban mənəm, mən!

Mən cümlə cahanü kainatam,

Mən dəhrü zaman, zaman mənəm, mən!

Mən ayəti-müshəfü kitabam,

Ey nöqtədəhan, dəhan mənəm, mən!

Mən qövs ilə həm kamanü tirəm,

Ey tirü kaman, kaman mənəm, mən!

Cəmşidi-zamani-aləm oldum,

Cəmşidi-zaman, zaman mənəm, mən!

Mən nəqşü xəyalü xəttü xalam,

Mən hərfü lisan, lisan mənəm, mən!

Mən gənci-nihani, küntə kənzəm,

Mən gənci-nihan, nihan mənəm, mən!

Mən zatü sifati-kün-fəkanam,

Mən ruh ilə can, can mənəm, mən!

Mən kafirə mövt, müsibət oldum,

Möminə iman, iman mənəm, mən!

Mən cənnətü abi-kövsər oldum,

Ey səhni-cinan, cinan mənəm, mən!

Mən bəhri-mühitü həm giranam,

Ey bəhri-giran, giran mənəm, mən!

Mən sirrəmü tövhidəm, hədisəm,

Həm qeybü güman, güman mənəm, mən!

İnsanü bəşərsən, ey Nəsimi,

Həqq der ki, haman, haman mənəm, mən!


Mən ki dərvişəm, fəqirəm, padişahi-aləməm


Mən ki dərvişəm, fəqirəm, padişahi-aləməm,

Ruhi-birəngəm, əgərçi rəngə girdim, adəməm.

Şeş cəhətdən çar ənasirdir məni faş eyləyən,

Yoxsa mən gəncineyi-vəhdətdə nuri-əbhəməm.

Aləmül-qeybin süfatı məndən oldu aşikar,

Ey bəsirətsiz, məni gör kim, nə zati-əzəməm.

Söyləyən həqdir mənim dilimdə hərdəm, yoxsa mən,

Çar ənasirdən mürəkkəb bilisanü əbkəməm.

Ümmühat ilən nə var abaya olmasa xələl,

Aləmi təhqiqə baxsan, cümləsindən əqdəməm.

Cənnəti-firdövs üçün bir ləhzə qəmgin olmazam,

Talibi-didari-yaram, şadimanam, xürrəməm.

Ey Nəsimi, çünki iş təqdir əlindən işlənir,

Fariğəm dünyadavü üqbada qəmdən, biqəməm.


Gəlmişəm həqdən ənəlhəq, gör nə Mənsur olmuşam


Gəlmişəm həqdən ənəlhəq, gör nə Mənsur olmuşam,

Ruhi-qüdsün nitqiyəm, sər ta qədəm nur olmuşam.

Lövhi-məhfuzu mənəm, ruhül-əminin həmdəmi,

Həşr üçün mizanü İsrafilü həm sur olmuşam.

Bavücudam vəhdəti kəsrətdə isbat eyləyim,

Musayam anəstünara, nur ilə Tur olmuşam.

Gərçi qaibdir vücudum hər nəzərdən daima,

Gör nə nazir, gör nə mənzər, gör nə mənzur olmuşam.

Laməkanın gənciyəm, gərçi yerim viranədir,

Eylərəm məmur anı, gör kim, nə məmur olmuşam.

Surətü məni mənəm, həm ism ilə, həm cismü can,

Gör necə məni ilən surətdə məstur olmuşam.

Şöhrət afətdir, usandım şöhrətindən aləmin,

Gərçi həm əladavü əfsəldə məşhur olmuşam.

Atəşi-mehri-rüxün canımda təsir eylədi,

Mən bu oddan yanıram, yəni ki, məhrur olmuşam.

Misr camedir vücudum, anda qıldım cüməyi,

Gör nə şəhrəm, gör nə möhkəm qələvü sur olmuşam.

Zakirəm, zikr eylərəm, yəni ki, şeyxəm, sufiyəm,

Gör nə göyçək ad ilə aləmdə məzkur olmuşam.

Ey Nəsimi, cənnətü hur ol nigarın vəslidir,

Çün mən ol məhbubu buldum, cənnətü hur olmuşam.


Aşiqəm hüsnünə, eşqin ehtimalı məndədir


Aşiqəm hüsnünə, eşqin ehtimalı məndədir,

Aqiləm, əmmarə nəfsin guşmalı məndədir.

Ta səmumun narına yandırmışam şeytanı mən,

Zill min yəhmumi-əshabun şimalı məndədir.

Fəzli-həqdən çünki mən əhləl-yəqini-cənnətəm,

Ta nəim firdövsi-məskunun sülalı məndədir.

Sidreyi-məhzur içində təlhi-mənzud uş mənəm,

Şol çəkilmiş zilli-məmdudun zilalı məndədir.

Çinü Maçinü Həbəş rüxsareyi-Rum üstünə,

Basmış zəngi saçın xeyli-xəyalı məndədir.

Sormuşam ləlində cənnət irmağı ləzzatını,

Şəkkərin abü şərabı, şirü balı məndədir.

Məndən iç cami-müsəffa, saqiyi-şafi mənəm,

Eyni-hövzün, kövsərin abi-zülalı məndədir.

Vacibül-mümkün, vücudu biərəz cövhər mənəm,

Şəhpəri-zati-süfatın bimisalı məndədir.

Saili-eşqəm, gərəkdir cümlədən şafi cavab,

Sirri-xəttin həm cavabı, həm sualı məndədir.

Müshəfi üzündən açdı çünki zülfün, kirpigin,

Barəkallah, ol kəlamüllah falı məndədir.

Maziyü müstəqbəli bu eşqə təbdil etmişəm,

Bu dəmi arif bilir kim, eşq halı məndədir.

Baxmazam ənqayi-Qafa, qürbəti-lahuta mən,

Seyr ilə simurği-eşqəm, pərrü balı məndədir.

Ol nigari-nazənin siminbərü nəsrinbədən

Sərv qəddi, gül üzarı, xəttü xalı məndədir.

Əhli-irfanam, bilirəm xəlqi mən sima ilən,

İttisali-həqqü batil infisalı məndədir.

Çün Nəsimi adəmi bildi ilahın məzhəri,

Üştə rövşən məzhərin mədlul dalı məndədir.


İki aləm anındır kim, gözünə həq əyan oldu


İki aləm anındır kim, gözünə həq əyan oldu,

Həqi gördü, həqi bildi, həqi kim, bigüman oldu.

Əgər Musa kimi gəlmək, təcəlli görmək istərsən,

Nəzər qıl üzünə gör kim, iki aləm əyan oldu.

Təaləllah, nə zibasan ki, hüsnün dövri-bağında

Qaşınla kirpigin, zülfün üzündə gülsitan oldu.

Qiyamət qopdu hüsnündən, yedi iqlimə yayıldı,

Sənin qəddü qiyamından məgər axırzaman oldu?

Çəlipa zülfü xalından saçın leylidürür, amma

İrişdi ayəti-fanzur adı nurü düxan oldu.

Nigarın ləlinə hərdəm tökər şəhd üstünə şəkkər,

Vəli qafil nə bilsin kim, nədən şirin dəhan oldu.

Məkana sığmadı zatım, əzəldəndir bədayatım,

Nəsiminin bu mənidən məkanı laməkan oldu.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM